Cümə axşamı, 05 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İmzalanmış üçtərəfli bəyanatın siyasi mahiyyəti

Amid Əliyev yazır...

30 ilə yaxın bir müddət ərzində davam edən və 2020-ci ilin sentyabr ayında daha da şiddətli müharibə fazasına keçən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi 10 noyabr 2020-ci il tarixində Azərbaycan, ErmənistanRusiya Federasiyasının üçtərəfli iştirakı ilə imzalanan tarixi bəyanatla sona yetdi. İmzalanmış bəyanata əsasən, ilkin olaraq 10 noyabr tarixində Moskva vaxtı ilə saat 00:00-da cəbhədə atəşkəs elan olundu. Buna qədər üç dəfə atəşkəs elan olunmasına baxmayaraq, hər dəfə atəşkəs Ermənistan tərəfindən pozulmuş və nəticədə, Azərbaycanda cəbhə zonasından uzaqda yerləşən Gəncə şəhəri, BərdəTərtər rayonları atəşə tutulmuş, dinc sakinlər həlak olmuşdur. İmzalanmış bəyanat münaqişə tərəfləri üçün hansı imkanları yaratdı? Bu suala cavab vermək üçün bəyanatın mətninə nəzər yetirmək lazımdır.

İlk öncə bəyanatın Azərbaycan üçün verdiyi üstünlükləri, hüquqi imkanları və faktları qeyd etmək daha məqsəduyğun olardı. Əvvəla qeyd etdiyimiz kimi, atəşkəsə nail olundu. Əvvəlki üç atəşkəsdən fərqli olaraq, bu dəfəki atəşkəsin təminatçısı rolunda Rusiya Federasiyası və Türkiyə Respublikası çıxış etmişdir. Bəyanat imzalanmamışdan bir neçə gün öncə Rusiya və Türkiyə Müdafiə və Xarici işlər nazirlərinin telefon danışıqları olmuş, hər iki ölkənin prezidentləri də bir-birilə danışaraq ikitərəfli, ATƏT-in Minsk qrupu xaricində işçi qrupun yaradılması haqqında razılığa gəldiklərini bildirmişdilər. Bu danışıqların məntiqi nəticəsi isə 10 noyabrda qeyd olunan hüquqi sənədin imzalanması oldu.

Bəyanatın mətninə ilkin olaraq nəzər salarkən hər bir bəndin və müddəanın Azərbaycanın mənafeyinə və xeyrinə ximət etdiyini aydın sezmək olar. Belə ki, Azərbaycan ordusu tərəfindən 44 gün ərzində həyata keçirilmiş hərbi əməliyyatlar nəticəsində Dağlıq Qarabağ və onun ətrafında yerləşən rayonların böyük əksəriyyəti, habelə bir sıra strateji yüksəkliklər və məntəqələr işğaldan azad edilmişdir. Noyabrın 8-də isə Qarabağın, eləcə də Azərbaycanın mədəniyyət və mənəviyyat mərkəzi olan Şuşa şəhəri də azad olunmuşdur. Qeyd olunanlar bəyanatda Azərbaycan tərəfinin rəsmi olaraq bütün müharibə dövründə tələb kimi irəli sürdüyü şərtlərin əks olunmasına tam zəmin yaratmış oldu. Müharibə başlanan gündən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev müharibənin dayandırılması və atəşkəsin elan olunması ilə bağlı olaraq Azərbaycan tərəfinin rəsmi münasibətini bildirərək qeyd etmişdir: işğal altında olan ərazilərdən Ermənistanın silahlı qüvvələrinin çıxarılması haqqnda rəsmi olaraq cıxış cədvəli təqdim olunmalıdır. Bu, təqdim olunan zaman Azərbaycan tərəfindən atəşkəs təmin olunacaqdır. Qeyd olunan tələb dəfələrlə təklif olunsa da çox təəssüf ki, Ermənistan tərəfindən bu tələb təmin edilməmiş və nəticədə müharibənin dayandırılması mümükün olmamışdır. Lakin son olaraq 10 noyabrda Ermənistan tərəfi cəbhədə verdiyi iktilər, ordunun zəifləməsi, döyüş mövqelərinin itirilməsi və Azərbaycan ordusunun sürətli əks-hücumu müqabilində bu təklifi qəbul etmək məcburiyyəti qarşısında qalmışdır. Belə ki, bəyanat imzalanlan günə qədər işğal altında olan Kəlbəcər, LaçınAğdam rayonundan Ermənistan silahlı qüvvələrinin müvafiq tarixlərdə çıxarılması öz əksini tapmışdır. Bəyanatın 2-ci bəndində 20 noyabr tarixinədək Ağdam rayonunun, bəyanatın 6-cı bəndində isə 15 noyabr tarixinədək Kəlbəcər rayonunun və 1 dekabr tarixinədək isə Laçın rayonunun Azərbaycana qaytarılması qeyd olunmuşdur.

Bəyanat, eyni zamanda, AzərbaycanErmənistan arasında mövcud olan bir sıra mübahisəli məqamların da həll olunmasına xidmət etdi. Diqqəti cəlb edən məsələlərdən biri də bölgədə sülhməramlı qüvvələrin yerləşdirilməsi idi ki, bu da öz həllini bu bəyantla tapmış oldu. İlk olaraq onu qeyd etmək lazımdır ki, Dağlıq Qarabağda sülhməramlı qüvvələrin yerləşdirilməsi dünyada mövcud olan təcrübədən bir qədər fərli olaraq həyata keçirilməsi nəzərdə tutulmuşdur. Dünyada tətbiq olunan təcrübəyə əsasən, münaqişə edən tərəflər arasında sülhməramlı qüvvələrin yerləşdirilməsi əsasən BMT-nin mandatı əsasında həyata keçirilir. Məsələn: BMT-nin birbaşa mandatı əsasında 12 iyun 1999-cu ildə sülhməramlılar (KFOR) Kosovoya yerləşdirilmişdir. Başqa bir təcrübəyə əsasən isə ABŞ-ın 2003-cü ildən etibarən İraqda apardığı hərbi əməliyyatlarından sonra 49 koalisiya dövlətinin hərbi qulluqçuları sülhməramlı şəklində müvafiq vaxtlarda İraqda yerləşdirilmişdir. Bunlardan fərqli olaraq, Dağlıq Qarabağda əsasən Rusiya Federasiyası və Türkiyə Respublikasının hərbi qulluqçularının yerləşdirilməsi qarşılıqlı olaraq razılaşdırılmışdır. Belə ki, bəyanatın 3-cü bəndində Dağlıq Qarabağda təmas xətti və Laçın dəhlizi boyu Rusiya Federasiyasının 1960 sayda odlu silahlı hərbi qulluqçusunun, 90 hərbi zirehli texnikanın, 380 ədəd avtomobil və xüsusi texnikadan ibarət sülhməramlı kontingentin yerləşdirilməsi təsbit olunmuşdur. Bununla yanaşı, bəyanatın 5-ci bəndinə əsasən münaqişə tərəflərinin razılaşmalara əməl etməsinə nəzarətin səmərəliliyinin artırılması məqsədilə atəşkəsə nəzarət üzrə sülhməramlı mərkəzin yaradılması nəzərdə tutulmuşdur. Mərkəzin fəaliyyəti və tərkibi ilə bağlı ölkə başçısı 10 noyabrda xalqa müraciəti zamanı qeyd etmişdir: Qeyd olunan mərkəzdə əsas qüvvələri Rusiya Federasiyası ilə yanaşı Türkiyə Respublikasından olacaq hərbi qulluqçular təşkil edəcəkdir. Buna uyğun olaraq 11 noyabr tarixində Türkiyə Respublikası ilə Rusiya federasiyası arasında nəzərdə tutulan mərkəzin fəaliyyətini və iş prinsipini nəzərəd tutan müvafiq hüquqi sənəd də artıq imzalanmışdır. Hətta müvafiq danışıqların aparılması məqsədilə Rusiya Federasiyasından olan nümayəndə heyəti Ankaraya yola düşmüşdür. Göründüyü kimi, sülhməramlıların bölgəyə yerləşdirilməsi və atəşkəsə nəzarət edilməsi ilə bağlı bəyanatda göstərilən müddəalar özünəməxsusluq təşkil edir. Ona görə də əvvəldə də qeyd etdiyimiz kimi, Rusiya Federasiyası və Türkiyə Respublikası münaqişə tərəfləri arasında imzalanmış bəyanatın qarantı rolunda çıxış edirlər.

Bəyanatda humanitar məqsədli bəndlərin də yer alması heç təsadüfi deyildir. Çünki 44 gün ərzində aparılmış müharibə nəticəsində hər iki tərəfədən insan itkilərinin olması və əsirlərin düşməsi halları qeydə alınmışdır. Məhz bu məqsədlə bəyanatın 8-ci bəndində hərbi əsirlər, girovlar və digər saxlanılan şəxslərin, habelə cəsədlərin mübadiləsinin həyata keçirilməsi qeyd olunmuşdur. Bununla belə, Qarabağ müharibəsi nəticəsində öz doğma torpaqlarından, daha doğrusu Dağlıq Qarabağdan köçkün düşmüş şəxslərin yerləşdirilməsi məsələsi də bəyanatda öz əksini tapmışdır. Qeyd edilməlidir ki, bu şəxslər BMT-nin Qaçqınlar üzrə Ali Komissarının mandatında olan şəxslərdir və əsasən də Xankəndi, Xocalı, Ağdərə və Xocavənddə yaşayanlar olmuşlar. Bu şəxslərin də öz dədə-baba torpaqlarında yerləşdirilməsi üçün bəyanatın 7-ci bəndində daxili məcburi köçkünlər və qaçqınlar Dağlıq Qarabağın ərazisinə və ətraf rayonlara BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Ofisinin nəzarəti ilə həyata keçiriləcəyi faktı da öz əksini tapmışdır.

Bəyanat həm də iki əsas məqamı ilə Azərbaycanın maraqlarına və münaqişənin məhz Azərbaycanın xeyrinə həll edilməsinə xidmət edəcəyinə işarə edir. Belə ki, son 30 il ərzində Ermənistan tərəfi bütün danışıqlarda Azərbaycanın haqlı iradlarına baxmayaraq, Dağlıq Qarabağda ermənilərin öz müqəddəratını müəyyən etməsi və muxtar statusun yaradılmasını tələb edirdi. Hətta müharibə başlamazdan öncə belə, tərəflərə təklif olunan Madrid prinsiplərində də bu təsbit olunmuşdur. Lakin müharibənin başlanması, ərazilərin çox hissəsinin azad olunması və bu məsələnin bəyanatda öz əksini tapmaması Azərbaycanın diplomatiyası üçün növbəti uğur kimi qiymətləndirilə bilər. Digər mühüm məqam isə Naxçıvan Muxtar Respublikası ilə Azərbaycan Respublikasının əsas ərazisi arasında əlaqəni təmin edəcək nəqliyyat və kommunikasiya əlaqələrinin qurulmasından ibarətdir. Bildiyimiz kimi, I Qarabağ müharibəsi nəticəsində Azərbaycandan Naxçıvana gedən əsas nəqliyyat vasitəsi olan dəmiryol xətti sıradan çıxarılmış və Naxçıvanı təmin edən enerji xətləri kəsilmişdir ki, bununla da, Naxçıvan tam blokada vəziyyətinə düşmüşdür. Lakin bunlara baxmayaraq, 10 noyabr tarixində imzalanmış bəyanatda bu məsələ də öz həllini tapmış oldu. Bəyanatın 9-cu bəndində bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpa edilməsi, Ermənistan Respublikası vətəndaşlarının, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkili məqsədilə Azərbaycan Respublikasının qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verəcəyi və eyni zamanda, tərəflərin razılığı əsasında Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşasının təmin edilməsi qeyd olunmuşdur.

Qeyd olunan halların hər birini diqqətlə nəzərdən keçirsək bir daha əmin olarıq ki, həqiqətən də imzalanmış bu bəyanatın bəndləri Azərbaycanın müharibənin ilk günlərindən irəli sürdüyü əsas tələbləri özündə əks etdirir. Bu, öz növbəsində Azərbaycanın münaqişə tərəflərindən biri kimi üstünlüyünü bir daha göstərir. Azərbaycan Dağlıq Qarabağ və onun ətrafındakı əraziləri işğaldan azad edir, daxili köçürülmüş şəxslər öz torpaqlarına qayıdır, müharibənin ilk günlərindən Azərbaycana dəstək olan Türkiyə Respublikası münaqişənin indiki və sonrakı həll olunmasında iştirak edir və Naxçıvanın blokadası aradan qaldırılmaqla yanaşı, yeni nəqliyyat dəhlizinin qurulması təmin edilir. Bütün bunlar Azərbaycan tərəfinin 44 günlük müharibəsi nəticəsində Azərbaycan ordusunun qazandığı nailiyyətlər fonunda və Azərbaycanın çevik diplomatiyası ilə mümkün olmuşdur. Ermənistan Respublikası isə müharibə meydanını məğlub və uduzmuş halda tərk edir.

Bəyanatın imzalanmasından dərhal sonra İrəvanda rəsmi etiraz əlaməti olaraq ermənilər küçələrə axışmış, Baş nazirin evinə və iş yerinə basqınlar edilmiş, Ertmənistan parlamenti dağıdılmış və spikerə fiziki xəsarətlər yetirilmiş, 11 noyabr tarixində İrəvanın mərkəzi meydanında ümumxalq mitinqi keçirilmiş, bir sıra iri ranqlı şəxslər vəzifələrindən istefa verilmiş və Baş nazirin istefası çağırışları səslənmişdir. Artıq 11 noyabr tarixində saat 07:00 başlayaraq Ermənistan silahli qüvvələri Dağlıq Qarabağı tərk etməyə başlamışlar. Bütün bunlar 2019-cu ildə Münhen Təhlükəsizlik Konfransında Azərbaycan Respublikasının Prezidenti tərəfindən Ermənistanın baş nazirinə verilən hüquqi aspektli tarixi cavabların məntiqli sonu deməkdir.

Sonda qeyd edilməlidir ki, 1 dekabr tarixindən sonra Dağlıq Qarabağda Ermənistana məxsus olan heç bir silahlı qüvvə, birlik və ya qrup qalmayacaqdır. Bununla da Azərbaycanın ərazi bütövlüyü təmin ediləcəkdır. Bu, tarixi bir hadisə olacaqdır. Növbəti mərhələdə isə ErmənistanAzərbaycan arasında sülh sazişinin imzalanması istiqamətində müvafiq işlər aparılacaqdır. 10 noyabr bəyanatında Azərbaycanın əldə etdiyi üstünlüklərin nədən ibarət olduğunu xatırlasaq, o zaman əminliklə deyə bilərik ki, heç şübhəsiz gələcəkdə imzalanacaq sülh sazişi də məhz Azərbaycanın milli maraqlarına xidmət, Qarabağda Azərbaycan suverenlyinin təmin olunması, ərazi bütövlüyünün tam bərpası və azərabaycanlıların Qarabağda hüquq və azadlılarının bərpası ruhunda hazırlanacaqdır.

Amid Əliyev, politoloq

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Əməliyyat zamanı saxlanılan şəxs polkovnik imiş

Bu 3 bürcü gözlənilməz səfərlər gözləyir – Çantaları hazırlayın

ABŞ-də məktəbdə atışmada ölənlərin sayı 4-ə yüksəlib, 30 nəfər yaralanıb - Yenilənib

Azərbaycan güləşçisi dünya çempionatında bürünc medal qazandı

Daha 30 ailəlik köç karvanı Şuşaya çatıb – Yenilənib

Pakistan qüvvələri ilə “Taliban” arasında silahlı toqquşma olub

Ötən gün saxlanılan bələdiyyə sədri barəsində həbs qətimkan tədbiri seçilib - Yenilənib

Bakıda narkopritonda polisə silahlı müqavimət göstərən şəxs zərərsizləşdirilib

Ən çox oxunanalar