Cümə, 17 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İmamoğlu-Yıldırım debatı: Vaxtı, yeri və moderatorun adı açıqlandı

Bütün Türkiyənin böyük maraqla gözlədiyi İstanbul bələdiyyə başqanı seçkisi öncəsi namizədlərin iştirakı ilə keçiriləcək teledebatın vaxtı, yeri və aparıcısı məlum olub

 

“AzPolitika” Türkiyə KİV-lərinə istinadla xəbər verir ki, Cümhuriyyət Xalq Partiyasının (CHP) və hakim Ədalət və İnkişaf Partiyasının (AKP) təmsilçiləri arasında aparılan müzakirələrdən sonra ortaq qərara gəlinib.

AKP sədrinin müavini Mahir Ünal və CHP qrup sədrinin əvəzedicisi Engin Altay arasında aparılan danışıqda qərara alınıb ki, Əkrəm İmamoğlu ilə Binali Yıldırım arasında teledebat iyunun 16-da saat 21.00-da “Lütfü Kırdar Konqre Mərkəzi”ndə keçirilsin. Namizədlər debatın moderatorluğunun isə aparıcı İsmayıl Küçükkayaya həvalə olunmasına razılıq veriblər.

Xatırladaq ki, bundan əvvəl aparıcılıq tanınmış jurnalist Uğur Dündara təklif olunmuşdu. Lakin namizədlərə minnətdarlığını bildirən Dündar bu təklifi qəbul etməmişdi. Jurnalist bunu üstüörtülü şəkildə hakimiyyət tərəfindən üzərinə basqı ediləcəyi ilə əlaqələndirmişdi.

İsmayıl Küçükkaya da Türkiyədə kifayət qədər tanınan jurnalistlərdəndir. Küçükkayanın çalışdığı “FOX.TV” isə Türkiyədə hazırkı hakimiyyətə yaxın olmayan və nisbətən müstəqil mövqeyilə seçilən azsaylı telekanallardan biri sayılır.

Qərarla bağlı namizədlərdən ilk açıqlamanı Əkrəm İmamoğlu verib. Öz sosial media hesabından B.Yıldırıma səslənən İmamoğlu “İsmayıl Küçükkayanın moderatorluğu ilə sizinlə İstanbulun bütün yönlərinə dair danışmaqdan böyük zövq alacağam. Müvəffəqiyyət arzu edirəm” – deyə bildirib.

pia.az

 



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda bu ərazilərdə torpağın sotu 500 min manata satılır

Deputatın 64 yaşlı qudası 11 nəfəri işə düzəltmək adı ilə aldadıb

Qətlə yetirilən tələbə barədə detallar: Könül sonuncu telefon danışığını kiminlə edib? - Video

Məktəb direktorunun müavininin qətli törətdikdən sonra meyiti basdırdığı ərazidən görüntülər

Bakıda 15 yaşlı qız özünü binadan atdı: Hadisə yerindən görüntülər - Video

Azərbaycanlı deputat ziyafətdə mahnı oxudu - Video

Azərbaycan və Belarus prezidentləri “Caspian Agro” və “InterFood Azerbaijan” sərgiləri ilə tanış olublar - Yenilənib

Zümrüd cin atına mindi: “Murdarsınız, sizə yazığım gəlir”

Bakıda evi satan kirayənişin ölkədən qaçıb - Rəsmi

Neftçalada üzərində güllə izi olan kəllə skeleti tapıldı - Foto

Əməkdar artist Hissi tanımadı: “Hissdir, kömürdür, bilmirəm” - Video

Ən çox oxunanalar