Bazar, 12 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İlqar Məmmədov Əli Kərimliyə səsləndi: "Hakimiyyətdən kimlə danışırsınız?"

“Azərbaycan Xalq Cəbhəsi Partiyası oktyabrın 24-nə, həftənin ilk gününə “Siyasi partiyalar haqqında” yeni qanun layihəsi ilə bağlı mitinq təyin edib”...

“Etiraz etmirik, əksinə insanların sərbəst toplaşmaq azadlığını dəstəkləmişik. Mənfi münasibətimiz ola bilməz. Onlar mitinq elan etdikdən sonra mən - hakimiyyətlə dialoqda olan partiyanın sədri öyrənirəm ki, həmin tarixdə Milli Məclisdə “Siyasi partiyalar haqqında” yeni qanun layihəsi ilə bağlı dinləmə keçiriləcək. Bu cür təsadüf olmur. Kimlərsə çalışır ki, ictimai müzakirədə səsləndirəcəyimiz fikrin “radikal”ların keçirəcəyi aksiyanın fonunda “mülayim”, “satılmış” görüntüsü yaratsın. Çoxdanki təcrübədir”.

PİA.az xəbər verir ki , bunu REAL Partiyanın sədri İlqar Məmmədov bildirib.

“Həftənin ilk gününə nə vaxt aksiya təyin etmisiniz ki? Mitinqlər həmişə şənbə və ya bazar günləri keçirlib. REAL Partiyasının sədri İlqar Məmmədov Milli Məclisdə qanun layihəsini sərt formada tənqid edəcək, amma küçədəki aksiya fonunda “satılmış”, “mülayim”, hökumətlə əlbir tərəf” kimi təqdim ediləcək. İllərdir, bu siyasəti yürüdürsünüz, oynayırsınız. Bu dəfə ifşa olundunuz! İctimai müzakirənin vaxtını haradan bilirsiniz, hakimiyyətdən kimlə danışırsınız? Ya bütöv hakimiyyət, ya da hansısa qruplaşma bizi satılmış kimi təqdim etməyə çalışır. Mən Prezident Administrasiyasının nümayəndələri ilə danışıram, Erkin Qədirli də deputatlarla. Siz kimlə danışırsınız, o məlumatlı tərəf kimdir?” – İ.Məmmədov qeyd edib.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Film kimi yəni: Deputat Fəzail Ağamalının kabinetindəki sirli otaq...

Güllələnən icra başçısının qızına da Şuşada ev verildi - Foto

Naxçıvanda faciəli şəkildə ölən tələbələr dəfn olundular - Foto

Müdafiə naziri toplantı keçirdi: General-leytenant ehtiyata buraxıldı - Foto

Bakının üç küçəsinin əhatəsində yeni park salınacaq

Azərbaycanda köhnə nəqliyyat vasitələrinin dövriyyəsi məhdudlaşdırıla bilər

Şuşada “Xarıbülbül” festivalı başlayıb, Prezident və birinci xanım açılışda iştirak ediblər - Yenilənib

"Bunlar bronxitə səbəb оla bilər” – Həkim rəyi

Əlaqələndirmə Qərargahının növbəti iclası Xankəndi şəhərində keçirilib

Ən çox oxunanalar