Cümə, 06 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İlqar Fəhmi Axund Azərdən, mentalitetdən, bakılılardan danışdı

"Qapqara" verilişinin yeni buraxılışı yayımlanıb...

Verilişin budəfəki sayının qonağı yazıçı, kinodramaturq İlqar Fəhmi olub.

Bakının özünə xas adətlərindən danışan yazıçı mentalitetimizdə sevmədiyi, dəyişmək istədiyi xüsusiyyətlərdən bəhs edib:

"Mənim xoşlamadığım şey Bakıda qanuna münasibət idi. O da bizim mentalitetimizdən irəli gəlirdi. Bakı camaatı sovet qanunlarını sevmirdi. Qanun anlayışının özü bir yad ünsür elementi kimi idi və ona görə də qanunu qəbul edib yaşamaqdan daha çox o qanunla mübarizə aparırdılar. Qanunun əleyhinə gedənlərin daha çox hörməti var idi, nəinki qanun keşikçilərinin".

İlqar Fəhmi insanların Bakıya gəlib dəyişməsi, korlanması fikrinə də münasibət bildirib:

"Sovet dövrü ədəbiyyatında belə bir şey var, sanki Bakı insanları korlayan, mənəviyyatını pozan bir şəhərdir və saf, təmiz insanlar bura gəlir, yaşayır və burada o çirkabın içinə düşür, korlanır. Sonra həmişə o ilkin saflığının, təmizliyinin xiffətini çəkir. Sanki Bakı insanları korlayan, əxlaqını pozan bir məkan olur. Bu, əslində, uşaqlıqdan bəri həmişə xətrimə dəyib. Əks tərəf də elə düşünüb ki, bura cənnət idi, gəldilər, korladılar. Gələn deyir ki, mən yaxşı idim, gəldim bura, məni korladılar. Burada olan isə deyir ki, bura yaxşı idi, gəldi, korladı. Bəs korlayan hansıdır, korlamayan hansıdır? Əgər sən gəlib korlanırsansa, sənin özündə korlanmaq meyli var idi. Üç-beş nəfər gəlib burada kiminsə təsiri altına düşübsə, onda Bakı nə etsin? Sənin zatında əyrilik varsa, sən şəhərə gəlib, universitet oxumaqla adam olmayacaqsan. Sən zatıqırıqsansa, akademik də, professor da olsan, zatıqırıq qalacaqsan".

Ətraflı Baku TV-nin süjetində:

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İtaliyanın Baş naziri Prezident İlham Əliyevlə görüşüb - Yenilənib

Daha 30 ailəlik köç karvanı Şuşaya çatıb – Yenilənib

Ötən gün saxlanılan bələdiyyə sədri barəsində həbs qətimkan tədbiri seçilib - Yenilənib

AZƏRTAC-a yeni Baş redaktor təyin olundu - Fotolar

Fransanın yeni baş naziri Azərbaycan ərazilərinə qeyri-qanuni səfər edib

Bakıda binalarda əxlaqsız hərəkətlər edən seksual manyak peyda olub

Ukrayna hökumətində istefa dalğası...- Zelenski nəyə hazırlaşır?

Azərbaycan COP29 ilə əlaqədar elektron viza portalını istifadəyə verib - Yenilənib

Yığmamız Millətlər Liqasına məğlubiyyətlə başlayıb - Yenilənib

Romada Azərbaycan ilə İtaliya arasında imzalanmış sənədlərin mübadiləsi mərasimi olub - Yenilənib  

Putinin Roma Statusunu təsdiq edən ölkələrə səfərləri BCM-ni sıradan çıxara bilər?

Ukraynanın yeni xarici işlər naziri təsdiqlənib - Yenilənib

Ən çox oxunanalar