Çərşənbə, 22 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İlon Maskla məşhur yazışı Kinq arasında “mavi işarə” bazarlığı - Foto

“Twitter”in yeni rəhbəri İlon Maskla məşhur yazıçı Stiven Kinq arasında gərginlik yaşanıb...

PİA.az xəbər verir ki, “Twitter”in yeni rəhbəri İlon Maskla məşhur yazıçı Stiven Kinq arasında sözügedən platformadakı tətbiq edilən mavi işarəyə görə “dava” düşüb.

Qeyd edək ki, “The Verge” texnologiya saytı Maskın "mavi işarə" üçün ödəniş almağı planlaşdırdığını yazmışdı. Xəbərdə hazırda 4,99 dollar olan “Twitter Blue” adlı tətbiqin ödənişinin 19,99 dollara qaldırılacağı, mavi işarə əldə etmək üçün abunə olmaq lazım olduğu bildirilmişdi.

Bu xəbərdən sonra qorxu janrının əfsanə isimlərindən olan, dünyaca ünlü yazıçı Stiven King bu tvitini paylaşıb:

“Mavi işarəmi saxlamaq üçün ayda 20 dollar? Onlar mənə pul verməlidirlər. Bu reallaşsa, gedəcəm”.

Texnologiya milyarderi isə “Biz hesabları bir təhər ödəməliyik. Twitter sadəcə reklamlara arxalana bilməz. Bəs 8 dollar necədir?”, deyə cavab verib.

Mask daha sonra başqa bir cavab yazıb: “Tətbiq işə düşməzdən əvvəl məntiqi izah edəcəyəm. Bu, botları və trolları məğlub etməyin yeganə yoludur”, deyə məşhur milyarder vurğulayıb.

Xatırladaq ki, King 2021-ci ilin dekabrında verdiyi açıqlamada Maska heyran olduğunu söyləmişdidi.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Londondan Sinqapura uçan təyyarə hava boşluğuna düşüb, ölən və yaralılar var - Yenilənib

Azərbaycanda universitetdə yoxlamalar başladı: Rektorun işi təftiş edilir

Azərbaycanda məktəbli qızın ölüm səbəbi bilindi - Yeniləndi

İlham Əliyev İran səfirliyinə getdi, başsağlığı verdi - Yenilənib

Müdafiə Sənayesi Nazirliyinin Aparatına yeni rəhbər təyin olunub

Politoloq: Regional proseslər İranın nə qədər beynəlxalq güclərin oyunlarına alət olmasından asılı olacaq...

Təbrizdə İranın mərhum Prezidenti və xarici işlər naziri ilə vida mərasimi başlayıb  - Yenilənib, Video  

Sumqayıtda ana üç uşağını və özünü zəhərləyib - Yenilənib

Smart tipli su sayğaclarının batareyasını dəyişmək üçün vətəndaşlardan 20 AZN alınır? - Rəsmi açıqlama

“Bakı Kristal Zalı”na yeni direktor təyin edilib  

Ən çox oxunanalar