Şənbə, 20 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İlham Əliyev Paşinyanın Britaniyada onunla görüşdən imtina etməsi barədə danışıb    

Azərbaycan Prezidenti İlham Əliyev “Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə” mövzusunda 2-ci Şuşa Qlobal Media Forumunda çıxışında Brtaniyada Ermənistanın baş naziri Nikol Paşinyanla planlaşdırılan, lakin erməni baş nazirin imtina etdiyi görüş barədə danışıb.

Poliqon xəbər verir ki, sülh sazişinin mətn üzərində danışıqların davam etdiyini, lakin bu gün bununla bağlı daha az nikbin olduğunu vurğulayan dövlətimizin başçısı baş nazir Paşinyanın onunla Britaniyada görşüməkdən imtina etdiyini xatırladıb. Deyib ki, bu görüş Britaniya hökumətinin təşəbbüsü, təklifi idi. Lakin Ermənistan tərəfi bu təklifi rədd etdi. Biz buna çox təəccübləndik.

Dörd ay əvvəl Almaniya Kansleri Şoltsun Münxendə bənzər görüş təşkil etdiyini söyləyən Azərbaycan Prezidenti bildirib: “Britaniya hökuməti eyni təklifi verdi ki, Britaniyanın Baş naziri iştirak edəcək, sonra görüşdən çıxacaq. Baş nazir Paşinyan bundan imtina etdi. Yəni, o, mənimlə danışmaq istəmirsə, hansı sülh sazişindən söhbət gedə bilər? O, Britaniyanın Baş naziri ilə danışmaq istəmirsə, o, Londona və Oksfordşirə niyə səfər edirdi? Yəni, bir çox məsələlərdə çox ciddi ziddiyyət var. Ancaq biz baxacağıq”.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

28 yaşlı kişi üzüyü qaytarmaq istəyən nişanlısını qətlə yetirdi - Məktəbə getməyə qoymurmuş

Kəlbəcərdə mina partlayışlarında üç nəfər yaralanıb - Yenilənib

Elektromobillərimizi günəş enerjisi ilə şarj etmək bizə nə qazandıracaq?

ABŞ və Çinin baş diplomatları gələn həftə Laosda görüşəcək

Fələstin bütün ölkələri İsraillə münasibətlərə yenidən baxmağa çağırıb

Gürcüstanda məhkumların 10 faizi azadlığa buraxılacaq

Sabirabadda bir yaşlı uşaq pilləkəndən yıxılaraq ölüb

Bakıda biznesmenin müəmmalı ölümü - Qardaşı şikayətçidir

Ağsuda “Kamaz” yol kənarına aşıb, bir nəfər xəsarət alıb

Ən çox oxunanalar