Bazar ertəsi, 22 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İkinci “Yüksəliş” müsabiqəsinin ilk sınaq imtahanı keçirilib

Aprelin 16-da "Yüksəliş" müsabiqəsinin Ümumi biliklər üzrə Onlayn mərhələsinin ilk sınaq imtahanı keçirilib.

Qurumun ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, iştirakçıların istənilən məkandan onlayn formada qatıldıqları imtahan 11:00 və 15:00 olmaqla iki sessiyada təşkil edilib. Qeydiyyatdan keçmiş 12 299 namizəddən 12 253 nəfəri müsabiqədə iştirak haqqı qazanıb.

Onlayn mərhələnin ilk sınaq iştanında 5 881 iştirakçı 11:00 və 15:00 olmaqla iki sessiyada sualları cavablandırıb. Suallar Azərbaycan və dünya ölkələri üzrə tarix, coğrafiya, ədəbiyyat və mədəniyyət, həmçinin hüquq və iqtisadiyyat sahələri, müasir trendlər üzrə 4 blok üzrə aparılıb. Hər blok üzrə 25 dəqiqə, toplamda isə imtahan üçün 2 saat vaxt ayrılıb.

"Yüksəliş" müsabiqəsi ilə bağlı yaradılmış Çağrı Mərkəzi və sosial şəbəkələr, elektron poçt vasitəsilə müraciətlər cavablandırılaraq, iştirakçılara dəstək göstərilib. Ümumi biliklər üzrə Onlayn mərhələnin əsas imtahanı yaxın vaxtlarda təşkil ediləcək.

“Yüksəliş” müsabiqəsinin 20 qalibini 1 il ərzində idarəçi rəhbərlərdən - iri şirkətlərin top-menecerlərindən və dövlət xadimlərindən fərdi karyera məsləhətləri almaq imkanı, kadr ehtiyatı bankına daxil edilmə və 20.000 AZN dəyərində pul mükafatı gözləyir.

Qeyd edək ki, "Yüksəliş" müsabiqəsi Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin 26 iyul 2019-cu il tarixində imzaladığı Sərəncamla intellektual səviyyəsi və idarəçilik bacarıqları yüksək olan perspektivli rəhbər şəxslərin müəyyən edilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etmək məqsədilə təsis olunub.

pia.az


Etiket:

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Minimum əmək haqqı bu tarixdən artacaq - Açıqlama

Əməkdar artistin toy paltarı gündəm oldu - Foto

Bakıda güclü yağışdan sonra gölməçə yarandı

“Bakıda hər kəs hər şeyi bilir” - Prezident

Hakimliyə namizədlərə yazılı imtahan keçirilib - Yenilənib

Fransalı ekstremalın sehrli xalça kostyumunda uçuşu gündəm oldu - Video

ABŞ öz nüvə başlıqlarının sayını açıqlayıb

"Xatırlayarsan məni" - Mərhum Xalq artisti Məmmədbağır Bağırzadənin doğum günüdür

Tramp sui-qəsd cəhdindən sonra ilk mitinqini keçirdi

Ən çox oxunanalar