Bazar ertəsi, 26 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İctimai yerlərdə “Wi-Fi” şəbəkəsindən istifadə ilə bağlı xəbərdarlıq - Bank hesablarına...

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti ictimai yerlərdə “Wi-Fi” şəbəkəsindən istifadə edərkən diqqətli olmağa çağırıb

Bu barədə Elektron Təhlükəsizlik Xidməti məlumat yayıb. Məlumatda bildirilir ki, ictimai yerlərdə “Wi-Fi” bağlantısı daha asan və rahat olsa da, bu, eyni zamanda, kompüterlərdə və telefonlarda saxlanılan fərdi məlumatlar üçün riskli ola bilər. Buna görə də ictimai yerlərdə “Wi-Fi” şəbəkəsindən istifadə edərkən təhlükəsizliyi təmin etmək üçün bəzi məqamları diqqətdə saxlamaq gərəkdir. Məsələn, “Wi-Fi” şəbəkələri üzərindən bank hesablarına və həssas fərdi məlumatlara daxil olmaq, onlayn alış-veriş etmək tövsiyə olunmur.

Bir çox kompüter və mobil telefonlarda simsiz olaraq avtomatik bir şəbəkədən digərinə qoşulmağa icazə verən qoşulma parametrləri mövcuddur ki, bu funksiya rahatlığı təmin etsə də, cihazların mühafizə olmayan şəbəkələrə qoşulmasına şərait yaradır. Kompüterdə və mobil telefonda bu avtomatik qoşulmanı söndürmək tövsiyə olunur. Bu, eləcə də “Bluetooth” qoşulmasına da aiddir. Belə ki, ictimai yerlərdə “Bluetooth” funksiyasının aktiv olması kibertəhlükəsizlik üçün böyük risklər yarada bilər. Bədniyyətli şəxslər açıq “Bluetooth” siqnallarından istifadə edərək, cihazınıza daxil ola və fərdi məlumatlarınızı oğurlaya bilər.

İctimai “Wi-Fi” şəbəkəsindən istifadə edərkən fərdi məlumatlarınızı mühafizə etmək üçün VPN xidmətindən istifadə edin. VPN ictimai “Wi-Fi” şəbəkəsi üzərindən göndərdiyiniz və ya aldığınız bütün məlumatları şifrləyir. (Publika.az)

pia.az


Etiket: Wi-Fi

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qəzaya düşən Nəsiman Yaqublu vəfat edib - Yenilənib

İsrailə 320-dən çox raket atılıb, ölkədəki 11 hərbi baza atəşə tutulub

Nazir: Bakıda ilk velosiped kirayəsi xidməti işə başlayıb - Foto

Paşinyanın Zəngəzur dəhlizinə qarşı “layihəsi” - Areşev

Qərb "Telegram"la bağlı Moskvadan nə istəyib? - Zaxarova faktları açıqladı

Göygöldə yol qəzasında ölənlərin kimliyi məlum olub - Yenilənib

Rafael Hüseynov Hacıqabul və Kürdəmir rayonunlarında şəhid ailələrinə ziyarətlərini davam etdirir - Fotolar 

Avqustun sonunda 4 bürcü inanılmaz sürpriz gözləyir

Toyuna hazırlaşırdı, faciəli şəkildə öldü: 29 yaşlı oğlanın meyiti tapıldı

Olimpiadada cinsiyyət müzakirələrə çevrilən boksçunun makiyajlı videosu

Rusiya Pavel Durovla əlaqədar Fransaya nota göndərib

Ən çox oxunanalar