Bazar, 01 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İcra hakimiyyətinin menyüsünə - Şamaxı sakini: “Şəhid anasıyam, bacımın himayəsinə sığınmışam”...

Gülgəz Mikayılova Şamaxı Rayon İcra Hakimiyyətindən narazıdır...

İkinci Qarabağ Müharibəsində həyatını itirən baş leytenant Ramiq Namiq oğlu Mikayılovun anası Gülgəz Mikayılova evi olmadığı üçün bacısının himayəsinə sığınıb.

Meydan TV-yə danışan şəhid anası deyir ki, dəfələrlə Şamaxı Rayon İcra Hakimiyyətinə müraciət edərək ona birotaqlı ev tikmək üçün 1-2 sot torpaq sahəsi ayırılmasını xahiş edib: “Mən 2 sot torpaq sahəsi istəmişəm ki, başımı salmağa yerim olsun. Dul bacımın himayəsində yaşayıram. Amma hər dəfə məni yola veriblər”.

Şikayətçinin sözlərinə görə, əvvəllər Şamaxının Ovculu kəndində yaşayıb. Ramiq də həmin kənddə gözlərini açıb, ailədə 3 uşaq olublar. Sonradan həyat yoldaşından ayrıldığı üçün başqa kəndə köçüblər: “6 ildir Cəbrayıl qəsəbəsində yaşayıram. Digər evdə keçmiş həyat yoldaşım indiki ailəsi ilə birgə yaşayır. Oğlumun hüzür mərasimini də bu qəsəbədə verdim. Oğlum işi ilə əlaqədar ailəsi ilə birgə Ağcabədidə yaşayırdı”. O, əlavə edib ki, keçmiş həyat yoldaşından tələbi yoxdur.

Gülgəz Mikayılova deyib ki, şəhid ailələri üçün ödənilən müavinət və yardımlardan könüllü imtina edib. Ramiq Mikayılovun atası da müavinətdən imtina edib: “İcra hakimiyyətindən atasına yardımlar edildi. Oğlum Naxçıvanski hərbi məktəbi, ardından ali hərbi məktəbi bitirib. Cəbhə bölgəsində 27 yaşında qərargah rəisi vəzifəsinə təyin edilib. Xocavənd uğrunda gedən döyüşlər zamanı oktyabrın 30-da şəhid olub”.

Qadın deyib ki, hazırda bacısı, onun qızı və öz oğlu ilə birgə yaşayır. Şamaxı ərazisində torpaq sahəsi ayrılmasını istəyir: ”Şəhidimin şəkillərini qoymağa yerim yoxdur. Bu rayonda mənə 2 sot torpaq verilmir. Hər dəfə müxtəlif bəhanələrlə yola salırlar. Sonuncu dəfə heç qəbul etmədilər”.

Şamaxı Şəhər İcra Hakimiyyətindən şikayətlə bağlı sualı dinlədikdən sonra telefonu məşğula atıblar.

Növbəti zənglər də cavabsız qalıb.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Sentyabrda şanslı olacaq bürclər: Ay tutulması və...

DGK və Aydın Talıbovun rəhbərlik etdiyi holdinqə daxil olan şirkət arasında çəkişmə

Baku TV: Dövlətə xəyanətdə ittiham olunan Bəhruz Səmədov Ermənistana hansı məlumatları ötürüb? - Video

Naxçıvanda parlament seçkiləri 331 məntəqədə keçiriləcək

Rəsmi Bakı: Ermənistanın Azərbaycana qarşı gizli gündəmi mövcuddur

Qonşular arasında dava düşüb: 3 nəfər bıçaqlanıb

Ermənistanda AES enerji sisteminə qoşulub - Yenilənib

UEFA Çempionlar Liqasının yeni formatdakı oyunlarının siyahısı

ABŞ-də avtobus qəzası nəticəsində 7 nəfər ölüb, onlarla insan yaralanıb

Paris-2024: Azərbaycan paraüzgüçüsü gümüş medal qazanıb

Ən çox oxunanalar