Bazar ertəsi, 13 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İcra başçısı videomüşavirədə tibbi maska taxdı - Gülüş oyektinə çevrildi

İcra başçısının bu addımı sosial şəbəkələrdə müzakirələrə səbəb olub...

Bərdə Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev inzibati ərazi dairələri üzrə nümayəndələrin, bələdiyyə sədrlərinin, aidiyyəti idarə, müəssisə və təşkilat rəhbərlərinin iştirakı ilə rayonda koronavirus pandemiyasına qarşı görülən işlər, Operativ Qərargahın qərarlarından irəli gələn vəzifələr, yerlərdə vəzifə borclarının icrası və təsərrüfat işlərinin gedişi ilə bağlı videobağlantı vasitəsilə müşavirə keçirib.

PİA.az-ın xəbərinə görə, müşavirədə rayonun yaşayış məntəqələrində koronavirus infeksiyasına qarşı təmizlik və dezinfeksiya işlərinin davam etdirilməsi, xüsusi rejimlə əlaqədar tələblərin, xüsusən də sanitar-epidemiloji tədbirlərin icrasına nəzarəti, karantin rejimi dövründə maddi yardıma ehtiyacı olan ailələrə, xüsusiə yaşı 65-dən yuxarı olan şəxslərə dəstək göstərilməsinin nəzarətdə saxlanılması, şəxsi gigenik qaydalara əməl edilməsi, əlcək və tibbi maskalardan istifadə etmələri barədə maarifləndirmə işlərinin gücləndirilməsinə dair tapşırıqlar verilib. Sakinlər ilə yaxından və düzgün iş qurmaq, onların qayğıları və tələbləri ilə daha ciddi maraqlanmaq, vaxtında tədbirlər görmək, yerlərdə ictimai işlərdə çalışan şəxslərin fəaliyyətinə nəzarət və aztəminatlı ailələrə ərzaq yardımlarının verilməsində obyektivliyin gözlənilməsinə, təsərrüfat işləri ilə əlaqədar fermerlərə hərəkət barədə arayışların verilməsinə toxunan rayon rəhbəri, bu sahələrdə qanunazidd hallara yol verilməməsini ciddi surətdə tapşırıb. Rayonda kənd təsərrüfatı sahəsində görülən işlərə və qarşıda duran vəzifələrə toxunan rayon rəhbəri təsərrüfatı işlərinin gedişi, o cümlədən çiyid, çuğundur səpini, barama saxlanılması vəziyyəti barədə məlumatları dinləyib, əkin sahələrinin mineral gübrələr, dərmanlar, herbisid, pestisidlərlə təminatı, suvarma məsələləri, texnika ilə təminat kimi məsələlər ətrafında fikir mübadiləsi aparılıb, bu sahədə həlli vacib məsələlərin icrası ilə bağlı inzibati ərazi dairələri üzrə nümayəndələrə və digər aidiyyəti qurumların rəhbərlərinə tapşırıqlar verilib.

Qeyd: İcra başçısının və digərlərinin videobağlantıya bağlantıya maska ilə qatılması gülüş hədəfinə çevrilib. Sosial şəbəkə istifadəçiləri bildiriblər ki, belə formada video-konfransın keçirilməsi gülüncdür. Deyilənlərə münasibət öyrənmək üçün rayon icra hakimiyyəti ilə əlaqə saxlanılsa da, cavab verən olmayıb. (Pravda.az)

Fotolar

pia.az


Etiket: Vidadi İsayev

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiya sərhədçiləri Zəngəzurda keçid məntəqələrini bağlayırlar

Ərdoğan ABŞ səfərinin niyə baş tutmamasını açıqladı

Rusiyanın yeni güc nazirləri: Şoyqu Patruşevi əvəz edib...

Cavanlar azalır, qocalar çoxalır: Dünyada proses necə gedir?

G20-də dəyəri ÜDM-dən yüksək olan yeganə şirkət məlum olub

“Avroviziya 2024”ün qalibi mükafatını səhnədəcə sındırıb

İsveçrənin vitse-kansleri qəflətən vəfat edib

Ukrayna Rusiyanın Belqorod şəhərinə zərbə endirib, 4 nəfər ölüb, 21 nəfər yaralanıb 

Şahmatçımız Məhəmməd Muradlı Avstriyada keçirilən turnirin qalib olub

"Böyük Dəbilqə": Azərbaycanın daha dörd cüdoçusu mübarizəyə başlayır

Ən çox oxunanalar