Şənbə, 04 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İcbari tibbi sığortaya daxil olmayan baza zərfi açıqlandı

Xəstəxanaların publik hüquqi şəxsə çevrilməsi vacibdir

Bunu açıqlamasında Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Pərviz Abubəkirov bildirib.

Onun sözlərinə görə, xəstəxanaların publik hüquqi şəxsə çevrilməsi onların hüquqi tərəfdən sığorta münasibətlərinə hazır olması ilə bağlıdır:

“Bildiyiniz kimi, sığorta münasibətlərində sifarişçi İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyidir. İkinci tərəf isə işin icraçısı Səhiyyə Nazirliyidir. Üçüncü tərəf vətəndaşlardır ki, xəstəxanaların xidmətlərindən faydalanırlar.

Bu gün maliyyə mexanizmi dəyişməklə xəstəxanaların daha rahat, sərbəst işləməsi üçün hüquqi şəxs olmağa məcburdur. Çünki icraçı ilə sifarişçi öz aralarında müqavilə bağlayan zaman xəstəxanaya pulu agentlik köçürməlidir.

Xəstəxana publik hüquqi şəxs olmayanda müqavilə bağlamaq olmur. Əvvəl buna ehtiyac yox idi. Çünki xəstəxanalar dövlət tərəfindən maliyyələşib. Bəzən xarici şirkətin əməkdaşları xəstəxana xidmətdən yararlanır, amma ödənişi ala bilmirik. Çünki xəstəxanalar hüquqi şəxs deyil. Ona görə də xarici şirkətlər özəl xəstəxana ilə müqavilə bağlayır və sığorta ödənişlərini onlarla həll edirlər”.

Pərviz Abubəkirov dövlət xəstəxanalarının publik hüquqi şəxsə çevrilməsindən sonra xidmətlərin pullu olacağı ilə bağlı yayılan xəbərlərə də aydınlıq gətirib:

“Vətəndaşların narahatlığına heç bir əsas yoxdur. İcbari tibbi sığorta olacaq və bizim xidmətimizin pulunu sığorta ödəyəcək. Səhiyyə Nazirliyi tərəfindən təklif olunur ki, icbari tibbi sığortanın baza zərfinə daxil olmayan - transplantasiya, estetik, kosmetik müalicə və əməliyyatlardan başqa digər xidmətlər dövlət xəstəxanalarında pulsuz olsun. Ümumi razılığa gəlinəcək. Növbəti ildən etibarən bütün dövlət xəstəxanaları publik hüquqi şəxsə çevriləcək. Bu proses bir ilə yaxın çəkəcək”.

İcbari Tibbi Sığorta Agentliyindən isə bildirilib ki, icbari tibbi sığortanın baza zərfini 1829 adda tibbi xidmət əhatə edir:

“1186 adda tibbi xidməti əhatə etmir, bu zərf istisnalar zərfi adlanır”.

İcbari tibbi sığortanın baza zərfi ilə əhatə olunmayan tibbi xidmətlərin siyahısı və tarifləri haqqında bu linkdə tanış ola bilərsiniz.(oxu.az)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Turan İsmayılov Nyu Yorkda mənzil aldı - 735.000 dollar dəyərində... - Fotolar

Bakıda kişi sevdiyi qıza görə küçədə özünü yandırdı - Video , Təfərrüat, Yenilənib

Gömrük idarəsində əməliyyat: Rəis ifadə üçün Bakıya gətirildi

Azərbaycanda işçilərin maaşlarını mənimsəyən vəzifəli şəxslər cinayət məsuliyyətinə cəlb olundular

Rusiya ordusu ABŞ-ın Nigerdəki bazasına daxil olub...

Kəlbəcərdə yol qəzasında bir hərbçi həlak olub, bir neçəsi xəsarət alıb - Yenilənib

Ağdamda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində xüsusi sessiya keçirilib - Yenilənib

Sərhəd qonşumuza gözlənilmədən qış qayıtdı: İstilik verilişi bərpa edildi - Foto, Video

Zaxarova Ermənistanın KTMT-dən mümkün çıxışını şərh etdi

"Ruhumuzun səsi" adlı konsert proqramı təqdim olundu - Foto

Məhkəmə Yunis Səfərov və digərləri ilə bağlı qərar verib

Elmar Məmmədyarov: “Yazıq gəlinimi erməni etmişdilər” 

Ən çox oxunanalar