Şənbə, 27 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İbrahim Rəisi: “İranı qorxutmağa cəhd edilərsə, sərt cavab verəcək”  

“İranı qorxutmağa cəhd edilərsə, sərt cavab veriləcək”...

Bu sözləri Minab şəhərində (Hörmüzqan vilayəti) çıxışı zamanı İranın Prezidenti İbrahim Rəisi deyib.

“Əvvəllər digər ölkələr İslam Respublikası ilə danışmaq istəyəndə təhdid dilindən istifadə edib, hərbi ssenari ilə qorxudurdular. İndi isə belə sözlər eşidilmir, əksinə, hamı iddia edir ki, onların İranla münaqişəyə girmək niyyətləri yoxdur”.

Yanvarın 27-də Suriya-İordaniya sərhədindəki Ət-Tanf bölgəsində Qərb koalisiyasının hərbi bazasına pilotsuz təyyarənin hücumu nəticəsində üç ABŞ hərbçisi həlak olub, 40-ı yaralanıb. Yanvarın 29-da ABŞ-yə səfəri zamanı NATO-nun baş katibi Yens Stoltenberq zərbəyə görə Tehranı günahlandıraraq deyib ki, “İran regionda sabitliyi pozmağa davam edir, o cümlədən Qırmızı dənizdə gəmilərə hücumu davam etdirən terrorçuları dəstəkləyir”. İran Xarici İşlər Nazirliyi Stoltenberqin bu açıqlamalarını tənqid edib.
Yanvarın 30-da ABŞ Prezidenti Co Bayden İordaniya və Suriya sərhədindəki ABŞ hərbi bazasına hücuma cavab olaraq addımlar atmaq qərarına gəldiyini açıqlayıb. “Politico” qəzeti mənbələrə istinadən yazıb ki, hazırlanan tədbirlər arasında İraqSuriyadakı İran qoşunlarına zərbə endirilməsi də nəzərdən keçirilir. ABC televiziyasının məlumatına görə, Bayden İrana birbaşa zərbə endirməyi məqsədəuyğun hesab etmir, çünki Yaxın Şərqdə münaqişənin kəskinləşməsi onun yenidən ABŞ prezidenti seçilmək perspektivlərini qaralda bilər.(oxu.az)

Poliqon.info


Etiket: İbrahim Rəisi


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Dolları olanlar mütləq bu xəbəri oxusun - Vacib açıqlama

Bu məmurlar parlament seçkilərindən sonra istefa verəcək - Siyahı

Yardımlıdan daha bir nəfər deputatlığa namizəd oldu - Foto

Seçicilərdən Kamaləddin Qafarova qarşı üsyan: namizəd ərazidən qovula bilər    

Əvvəl dalaşdılar, sonra barışdılar – Görün, nə qazandılar…    

Pezeşkiana qarşı müqavimət... - Prezident vədlərini yerinə yetirə biləcək?

Üzümü bu qidalarla birgə yemək olmaz! – Dietoloqdan xəbərdarlıq

Paşinyan Türkiyə ilə sərhəddə yerləşən keçid məntəqəsinə baş çəkib

“Sevimli Dad”ın “Közləmə” sosislərində də zərərli maddə var

Ən çox oxunanalar