Cümə axşamı, 16 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İbrahim Qalın: "Rusiya hərbçiləri orada 5+5 il qalacaqlar"

Türkiyə zatən Azərbaycandadır və hər zaman da olacaq. Müşahidə qüvvələrinin bir hissəsi kimi də Türkiyə Azərbaycanda olacaq.

PİA.az APA-ya istinadən bildirir ki, bunu Türkiyə Prezidentinin Sözçüsü İbrahim Qalın NTV telekanalına müsahibəsində bildirib.

İ.Qalın Qarabağ məsələsilə bağlı Türkiyəyə qarşı irəli sürülən ittihamlarla razılaşmadığını, Türkiyənin Qarabağda olmasının Avropa üçün də faydalı olacağını vurğulayıb: "Ruslar önə çıxdı və atəşkəs üçün bir razılaşma əldə olundu. Rusiya hərbçiləri orada 5+5 il qalacaqlar. Mən də bunu deyirəm: Madam rus hərbçilərinin orada varlığından narahatsınız, nədən bu günə qədər müttəfiq olaraq gördüyünüz Ermənistana oradakı rus hərbi bazalarını çıxarılmasını söyləmədiniz? Buna gücünüz çatırsa, buyurun edin, Ermənistan oradakı rus hərbiçilərini çıxarsın. Ruslar Qafqaza və ya Ermənistana yeni gəlmədi, illərlədir ki, oradadırlar. ABŞ atəşkəs üçün bir fəaliyyətə başladı, bizdən də dəstək istədilər, biz də dəstək olduq. Atəşkəs 2 gün çəkdi. Bundan başqa, məsələn, Fransadan hansısa bir təklif gəldimi? Avropa, NATO və ya Avropa İttifaqından hansı dəyərli bir təklif verildi ki, biz onu rədd etdik? Amma Rusiya ilə 30 illik münaqişəni müzakirə edib, savaşı sonlandıracaq razılaşma əldə etdik. İndi türk əsgərləri də müşahidəçi qüvvə qismində orada olacaq. Bu Qərb və Avropa üçün də strateji mənfəət olaraq qəbul edilməlidir.  Qarabağda, Liviyada, Suriyada Türkiyənin olması Avropa İttifaqı üçün də faydalıdır".

İ. Qalın deyib ki, Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzinin fəaliyyətilə bağlı Rusiya tərəf Türkiyə ilə Ankarada fikir mübadiləsi aparıb, hazırda isə Kremldə bununla əlaqədar müzakirələr davam edir: "Hərbiçilərimiz, müdafiə, xarici işlər nazirlərimiz və milli təhlükəsizlik qüvvələrimiz bu məsələlərə birgə nəzarət edir.  Önümüzdəki günlərdə əməliyyat prosedurları, kimin hansı işi görəcəyi və bunların harada və necə olacağı ilə bağlı danışıqların nəticələrini gözləyirik. Türk əsgərləri onsuz da orada olacaq. Azərbaycanla qardaş münasibətlərimizə görə hərbi hazırlığımız və əməkdaşlıq müqavilələrimiz çox qədimdir. Müşahidə qüvvələri olaraq orada olmağa davam edəcəyik. Bununla əlaqədar qanun layihəsi də qəbul edildi".

pia.az 


Etiket: İbrahim Qalın


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Slovakiyanın baş nazirini güllə-boran edən şəxsin oğlu danışdı - Yenilənib, Video

Tələbənin qətlə yetirildiyi müəmmalı ev: Səhər çıxıb, axşam gələn digər iki şəxs kimdir? - Video

“Ağ çiçəyim” gül mağazasında baş verən yanğın söndürüldü - Yenilənir, Foto

Bakıda vətəndaşın kirayə verdiyi üçotaqlı ev satılıb - Video

Slovakiya Baş nazirinə sui-qəsd edən şəxsin məşhur yazıçı olduğu üzə çıxıb - Foto, Yenilənib

İntim videolar çəkən FHN polkovniki şikayətini geri götürdü

Sabir Rüstəmxanlının qızı ilə boşanan müğənni ilk dəfə ayrılıqlarından danışdı - Video

Qarabağdakı sülhməramlı missiyanın fəaliyyətinə ehtiyac qalmadı...

Rusiyada Leninin abidəsində zaman kapsulu tapıldı - Foto

Azərbaycanla Ermənistan arasında sərhəd xəttinin koordinatları ilə bağlı protokol imzalanıb

Ən çox oxunanalar