Bazar ertəsi, 22 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Hizbullah”ın İsrailin şimalını atəşə tutması nəticəsində 8 nəfər yaralanıb

Livan “Hizbullah”ının İsrailin şimalını raket atəşinə tutması sonucunda 8 nəfər yaralanıb.

“Report” xəbər verir ki, bu barədə yəhudi dövlətinin “Haaretz” qəzeti yazıb.

Nəşrin məlumatına görə, zərərçəkmişlərdən iki nəfərin vəziyyəti ağırdır. Onlar qəlpə yaraları alıblar. Bir nəfərin vəziyyəti isə orta ağırdır. Qalan beş nəfər yüngül xəsarətlər alıblar. Zərərçəkmişlərin hamısı xəstəxanaya yerləşdirilib.

Xatırladaq ki, daha öncə İsrail Müdafiə Ordusu Livanın cənubuna faktiki olaraq nəzarət edən “Hizbullah” partiyasının hərbi qanadının ölkənin şimalını atəşə tutduğunu və bununla əlaqədar cavab tədbirlərinin görüldüyünü açıqlamışdı.

Qeyd edək ki, Livan hökuməti 2000-ci ildən ölkənin cənubunu İran dəstəkli “Hizbullah”a həvalə edib. Belə ki, BMT Təhlükəsizlik Şurasının qətnaməsinə uyğun olaraq, 2000-ci ilin mayında İsrail qoşunlarının Livanın cənubundan çıxarılmasından sonra Beyrut ölkənin sözügedən ərazisinə nəzarəti almalı olsa da, lakin bu baş verməyib. Livan hökuməti gizli şəkildə “Hizbullah”a Livanın cənubuna tam nəzarət etmək imkanı verib.

“Hizbullah” bir sıra Qərb ölkələrində terror təşkilatı kimi tanınır.

Poliqon.info 


Etiket: Hizbullah


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Minimum əmək haqqı bu tarixdən artacaq - Açıqlama

Bakıda güclü yağışdan sonra gölməçə yarandı

Əməkdar artistin toy paltarı gündəm oldu - Foto

Hakimliyə namizədlərə yazılı imtahan keçirilib - Yenilənib

“Bakıda hər kəs hər şeyi bilir” - Prezident

ABŞ öz nüvə başlıqlarının sayını açıqlayıb

Bilgəhdə dənizdə batan iki qardaşı ataları xilas edib, vəziyyətləri ağırdır

"Xatırlayarsan məni" - Mərhum Xalq artisti Məmmədbağır Bağırzadənin doğum günüdür

Tramp sui-qəsd cəhdindən sonra ilk mitinqini keçirdi

Ən çox oxunanalar