Şənbə, 11 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Hicran Hüseynovanın komitəsindən müəmmalı müqavilə...

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi (AQUPDK) tədbirlərin təşkilinə dair dövlət satınalmalarının qaliblərinin adlarını açıqlayıb. Onların arasında ölkədən qanunsuz olaraq 630 min dollar çıxaran şirkət də var

PİA.az “Turan”a istinadla xəbər verir ki, Dövlət Satınalmaları Reyestrinin məlumatına əsasən, sentyabrın 2-də Hicran Hüseynovanın rəhbərlik etdiyi komitə dörd şirkətlə ümumilikdə 833,6 min manatlıq (490 min dollar) on müqavilə bağlayıb.

Bu müqavilələrdən dördü açıq tenderin nəticələrinə görə “MADERIN-AA” MMC-ə (VÖEN: 7100345951) verilib. Bu müqavilələrin ümumi dəyəri 322,2 min manatdır ($189,5 min).

Bu ilin mart ayında Sumqayıt Apelyasiya Məhkəməsi bank əməliyyatları vasitəsilə ölkədən 629 697 dolların çıxarılması ilə bağlı inzibati xəta barədə protokolların tərtibatı faktına dair “MADERIN-AA” MMC-nin şikayətinin təmin edilməməsi ilə bağlı yekun qərar çıxarıb. Bu faktlar üzrə Maliyyə Bazarlarına Nəzarət Palatası “MADERIN-AA” MMC-ə qarşı çıxarılan vəsaitlərin 20% qədərində inzibati cərimə tətbiq etmişdi.

“MADERIN-AA” şirkəti 2017-ci ilin noyabrın 20-də Siyəzən şəhərində təsis edilib. Şirkətin direktoru Zaur Nəsrəddin oğlu Əliyevdir. O, həmin tarixdə təsis edilmiş daha dörd şirkətə (“Aypeks-TT” MMC, “Dalğa-LM” MMC, “Anako-Ltd” MMC, “ANTIK İNŞAAT” MMC) rəhbərlik edir.

Əlavə edək ki, qanunla xaricə çıxarılan vəsaitə nəzərdə tutulan müddətdə hər hansı mal alınaraq, ölkəyə idxal olunmadıqda, bununla bağlı sanksiya tətbiq olunur. Bununla da ölkədən külli miqdarda vəsaitin qanunsuz yolla çıxarılmasının qarşısının alınması məqsədi güdülür.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İlham Əliyev və Mehriban Əliyeva Şuşaya köçmüş ilk sakinlərlə görüşüblər - Yenilənib, Fotolar

Prezident Şuşa rayonunun Turşsu qəsəbəsinin təməlini qoyub - Yenilənib

Prezident Laçının Sus kəndinə köçmüş sakinlərlə görüşüb - Yenilənib, Fotolar

Mamayı məscidinin bərpadan sonra açılışı olub - Yenilənib

Prezident və birinci xanım Şuşada üçüncü yaşayış kompleksinin təməlqoyma mərasimində iştirak ediblər - Yenilənib

Şəkildə fil, yoxsa zürafə var? - Şəxsiyyət testi

Paşinyanın Moskva səfərinin nəticələri... - Putin Ermənistan liderinə “qulaqbirması” verdimi, yoxsa əksinə...

Azərbaycanda gənc yazıçının ölüm xəbəri yayıldı - Yenilənib

Fazil Mustafaya qarşı sui-qəsdə cəhd cinayətinə baxan hakimin halı pisləşdi

Şuşada Şirin su hamamının bərpadan sonra açılışı olub - Yenilənib

İlham Əliyev və Mehriban Əliyeva Çöl Qala məscidində aparılan bərpa işləri ilə tanış olublar - Yenilənib, Foto

Ən çox oxunanalar