Bazar ertəsi, 02 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Heydər Əliyevin enerji siyasətinin təməl prinsipləri” mövzusunda elmi-nəzəri konfrans keçirilib.

5 may 2022-ci il tarixdə Şəhər İcra Hakimiyyətinin və Şirvan Regional Enerji Təchizatı və Satışı İdarəsinin birgə təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99 illiyinə həsr olunmuş “Heydər Əliyevin enerji siyasətinin təməl prinsipləri” mövzusunda elmi-nəzəri konfrans keçirilib.
Konfransdan öncə Ulu öndər Heydər Əliyevin şəhərin mərkəzi meydanında ucalan abidəsi ziyarət edilib, xatirəsinə ehtiram olaraq abidənin önünə tər çiçək dəstələri düzülüb.

Sonra tədbir iştirakçıları Heydər Əliyev Mərkəzində Ulu öndərin həyat və fəaliyyətini əks etdirən eksponantlarla tanış olublar. Mərkəzin əməkdaşı Ümummilli liderin mənalı ömür yolundan, həyat və fəaliyyətinin mühüm məqamlarından danışıb.

Konfransda Şirvan Şəhər İcra Hakimiyyəti başçısının müavini Orxan İbrahimov, Şirvan Regional Enerji Təchizatı və Satışı İdarəsinin rəisi Zülfi Ağayev və idarənin əməkdaşları iştirak edib.

Çıxış edənlər Azərbaycanın dövlət müstəqilliyinin memarı və qurucusu, böyük insan Heydər Əliyev tərəfindən möhkəm təməl üzərində qurulan dövlətçilik ənənələrindən danışıblar. Ulu Öndərin siyasətinin ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən, onun rəhbərliyi ilə həyata keçirilən mütərəqqi islahatlardan, dövlət müstəqilliyinin, ictimai-siyasi sabitliyin, əmin-amanlığın qorunmasından, qanunun aliliyinin təmin edilməsindən, insan hüquq və azadlıqlarının etibarlı müdafiəsindən, Silahlı Qüvvələrdə hərbi intizamın, döyüş ruhunun möhkəmləndirilməsindən bəhs ediblər. 44 günlük Vətən müharibəsində qazanılan Şanlı Qələbənin hər bir azərbaycanlıda iftixar hissi yaratdığını qeyd ediblər.

Fotolar

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Vəfa Nağının qardaşına qarşı polis araşdırılması aparılır 

Vaxt yetişdi, üç bürcün xoşbəxt dövrü başlayır

Sosioloji Tədqiqatlar Mərkəzi növbədənkənar parlament seçkilərində “exit-poll”un nəticələrini açıqlayıb

Makedoniyalı İsgəndərin heyran olduğu, Tanrının şəhəri adlanan İsparta - Fotolar

İbrahim Rəisinin helikopterinin qəzaya uğramasının əsas səbəbi açıqlanıb

Eldar Əzizov Bakıda sökülən binalarla bağlı kompensasiya məsələsinə aydınlıq gətirdi

Azərbaycanda ən yüksək və ən aşağı seçici fəallığı olan dairələr açıqlanıb

Azərbaycanlı aparıcı tarixi serialda baş rol aldı - Foto

Hər kəsin evində olan bu tərəvəz ölüm riskini azaldır

Rusiyada qəzaya uğrayan “Mi-8” helikopterində sağ qalan yoxdur

"Oracle Advisory Group" şirkəti “exit-poll”un nəticələrini açıqlayıb

Ən çox oxunanalar