Çərşənbə, 22 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Heydər Əliyevin anım günü ilə bağlı Ombudsman Aparatında tədbir keçirilib

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anım günü ilə əlaqədar Ombudsman Aparatında tədbir keçirilib...

PİA.az xəbər verir ki, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva dünya şöhrətli ictimai-siyasi xadim Heydər Əliyevin Azərbaycan dövlətçilik tarixində göstərdiyi əvəzsiz xidmətlərdən bəhs edib.

Ulu öndərin Azərbaycanda insan hüquq və azadlıqlarının təminatı və müdafiəsi mexanizminin təkmilləşdirilməsində əvəzsiz rolu vurğulanıb. Ombudsman Səbinə Əliyeva bildirib ki, böyük dövlət xadimi, ulu öndər Heydər Əliyevin Azərbaycan dövləti və xalqı qarşısındakı tarixi xidmətləri onun fəaliyyətinin bütün mərhələlərini əhatə edir.

“Məhkəmə islahatlarının həyata keçirilməsi, Konstitusiya Məhkəməsinin, Ombudsman təsisatının və digər mühüm institutların yaradılması, ölüm hökmünün ləğv edilməsi, insan hüquqlarının müdafiəsi üzrə ilk Milli Fəaliyyət Planının qəbul olunması və bu kimi addımlar ölkəmizdə hüquqi dövlət quruculuğu prosesinin uğurla həyata keçirilməsini təmin etmişdir”, - S.Əliyeva vurğulayıb.

O bildirib ki, ümummilli liderin əsasını qoyduğu siyasət bu gün ölkə başçısı İlham Əliyev tərəfindən uğurla davam etdirilir, bütün istiqamətlərdə, o cümlədən insan hüquqları ilə bağlı islahatlar ardıcıl xarakter daşıyır.

Müvəkkilin Gəncə, Şəki, Cəlilabad və Quba Regional Mərkəzləri tərəfindən də tədbirlər təşkil olunub. (Report)

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Londondan Sinqapura uçan təyyarə hava boşluğuna düşüb, ölən və yaralılar var - Yenilənib

Azərbaycanda universitetdə yoxlamalar başladı: Rektorun işi təftiş edilir

Azərbaycanda məktəbli qızın ölüm səbəbi bilindi - Yeniləndi

İlham Əliyev İran səfirliyinə getdi, başsağlığı verdi - Yenilənib

Müdafiə Sənayesi Nazirliyinin Aparatına yeni rəhbər təyin olunub

Politoloq: Regional proseslər İranın nə qədər beynəlxalq güclərin oyunlarına alət olmasından asılı olacaq...

Təbrizdə İranın mərhum Prezidenti və xarici işlər naziri ilə vida mərasimi başlayıb  - Yenilənib, Video  

“Bakı Kristal Zalı”na yeni direktor təyin edilib  

Türkiyənin modernləşdirdiyi "LAÇİN" qırıcısı Azərbaycana təhvil verildi

BMT Volodimir Zelenski ilə bağlı qərarını açıqladı

Ən çox oxunanalar