Şənbə, 18 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Hətta bir dəfə öz təyyarələrini vurublar...” - Qərb kəşfiyyatı yeni məlumatlar açıqladı

Ukraynaya qarşı müharibə aparan Rusiya qoşunlarında döyüş ruhu kəskin aşağıdır, bir çox əsgərlər, hətta bütöv bölmələr əmrləri yerinə yetirməkdən imtina edir, hərbçilər arasında qəsdən özünə xəsarət yetirmə və texnikanı korlama halları artır. Hətta bir dəfə ruslar səhvən öz döyüş təyyarələrini də vurublar.

virtualaz.org xəbər verir ki, bu barədə Böyük Britaniyanın radioelektron kəşfiyyat Xidmətinin (GCHQ) rəhbəri Ceremi Flemminq toplanmış kəşfiyyat məlumatlarına əsasən bildirib. O deyib ki, Rusiya əsgərləri həm də pis təchiz olunub, qoşunlar arasında rabitə əlaqəsi çox pisdir və əksər hallarda bölmələr arasında açıq rabitə kanalları ilə əlaqə yaradılır.

Fleminq bəyan edib ki, Rusiya prezidenti Vladimir Putin situasiyanı düzgün dəyərləndirə bilməyib, Ukrayna xalqının və ordusunun müqavimətini yetərincə qiymətləndirməyib və Qərbin belə qətiyyət nümayiş etdirəcəyini gözləmirdi. Kəşfiyyat rəhbəri müşavirlərinin Putinə həqiqəti deməkdən qorxduqlarını da deyib.

Ukrayna Silahlı Qüvvələrinin Baş qərargahının məlumatında da Rusiya ordusunun tam ruhdan düşdüyü, əsgərlərin və bir çox aşağı rütbəli komandirlərin döyüş əmrlərini yerinə yetirməkdən imtina etdiyi bildirilir. Belə ki, Şərq Hərbi Dairəsinin 5-ci ümumqoşun ordusunun 60-cı motoatıcı briqadasında döyüş əmrlərini yerinə yetirməkdən imtina etdiyi üçün iki taqım komandiri vəzifəsindən azad edilib. O cümlədən Rusiyanın separatçı Cənubi Osetiya regionundakı 4-cü hərbi bazasından formalaşdırılmış və Ukraynaya göndərilmək üçün hazırlanmış batalyon-taktiki qruplaşmalarından birinin şəxsi heyəti demək olar ki, tam tərkibdə müharibədə iştirakdan imtina edib.

Məlumatda deyilir ki, martın 29-da həmin batalyon-taktiki qruplaşmanı Rostov vilayətinin Kuzmunski hərbi poliqonunda yerləşdiriblər, orada şəxsi heyətlə 58-ci ordunun hərbi-siyasi iş üzrə komandan müavini iş aparıb. Lakin onun hərbçilərini müharibədə iştirak etməyə inandırmaq cəhdləri nəticə verməyib.

O cümlədən martın 19-da Ukrayna ərazisində Qərb Hərbi Dairəsinin 11-ci ordu korpusunun 18-ci motoatıcı diviziyasının bir bölüyü Xarkov vilayətinin İzyum şəhəri ətrafındakı mövqelərini tərk edərək döyüş əməliyyatlarından imtina edib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Sosial şəbəkələrdə çılpaq videosunu yayan müəssisə direktoru saxrlanıldı

Fantastik qiymətə avtomobil nömrələri satılır - Video

Ana oğlunun şəhid olduğu yeri ilk dəfə gördü - Video

Bakıda iki qadınla yaşayan taksi sürücüsü qatilə çevrildi - Video

Vətən Müharibəsi Qəhrəmanına yüksək vəzifə verildi

Mətanət Əsgərqızı DİN yanında İctimai Şuradan qovuldu

Mustafa Ceceli Azərbaycanlı jurnalistdən üzr istədi

Avropada mühacirətdə olmuş Mehdi Xəlilbəyli Bakıda həbs edilib

Belarus Prezidenti Füzuli rayonuna səfər edib - Yenilənib

Azərbaycan Premyer Liqası: "Qarabağ" "Turan Tovuz"a qalib gəlib

Ən çox oxunanalar