Şənbə, 11 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Hər yerindən duranın sözü ilə himnə müdaxilə edilməz” - Cavanşir Quliyev

Uzun müddətdir, himnimizin aranjiman olunması məsələsi gündəmdədir

Deputat Tahir Kərimli tərəfindən səsləndirilən bu fikir ətrafında müzakirələr hələ də davam edir.

PİA.AZ xəbər verir ki, bununla bağlı Modern.az-a danışan tanınmış bəstəkar, əməkdar incəsənət xadimi Cavanşir Quliyev bildirib ki, Azərbaycan Dövlət Himninin aranjimanı musiqiçilərin daxili-texniki məsələsidir, geniş kütlənin bilməsinə ehtiyac yoxdur:

“Hesab edirəm ki, himnimizin aranjiman edilməsinə ehtiyac yoxdur. Amma əgər ehtiyac duyularsa, aranjiman baş tuta bilər. Xatırlatmaq istəyirəm ki, cəmi 4 il əvvəl – Azərbaycanda keçirilən Avropa Oyunlarına hazırlıq mərhələsində himnimizin yeni orkestrləşdirilməsi edilib. Oyunlar zamanı məhz yeni versiya ifa olunurdu”.

Himnimizin uzun olması iddialarına gəlincə, Cavanşir Quliyev bunu təkzib edib:

“Hər yerindən duranın sözü ilə dövlətin himninə müdaxilə edilməz. Azərbaycan himni uzun deyil, siz də dinləyin və saata baxın, 2 dəqiqə 16 saniyədir. Məncə, dövlətinin himnini 2 dəqiqə dinləyə bilməyən adam bu ölkənin vətəndaşı olmağa layiq deyil”.

Qeyd edək ki, parlament “Azərbaycan Respublikasının Dövlət Himni haqqında” Qanunu 1992-ci il mayın 27-də qəbul edib. Qanuna əsasən, 1919-cu ildə dahi bəstəkar Üzeyir Hacıbəyov və şair Əhməd Cavad tərəfindən tərtib edilmiş “Azərbaycan marşı” Azərbaycan Respublikasının Dövlət Himni kimi təsdiqlənib. Hazırkı himnimiz 1989 və 2014-cü illərdə iki dəfə aranjiman olunub. 4 ildir ifa etdiyimiz Dövlət Himni qeyd edildiyi kimi, 2 dəqiqə 16 saniyədir.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İlham Əliyev və Mehriban Əliyeva Şuşaya köçmüş ilk sakinlərlə görüşüblər - Yenilənib, Fotolar

Prezident Şuşa rayonunun Turşsu qəsəbəsinin təməlini qoyub - Yenilənib

Prezident Laçının Sus kəndinə köçmüş sakinlərlə görüşüb - Yenilənib, Fotolar

Mamayı məscidinin bərpadan sonra açılışı olub - Yenilənib

Prezident və birinci xanım Şuşada üçüncü yaşayış kompleksinin təməlqoyma mərasimində iştirak ediblər - Yenilənib

Paşinyanın Moskva səfərinin nəticələri... - Putin Ermənistan liderinə “qulaqbirması” verdimi, yoxsa əksinə...

Azərbaycanda gənc yazıçının ölüm xəbəri yayıldı - Yenilənib

Şəkildə fil, yoxsa zürafə var? - Şəxsiyyət testi

Fazil Mustafaya qarşı sui-qəsdə cəhd cinayətinə baxan hakimin halı pisləşdi

Şuşada Şirin su hamamının bərpadan sonra açılışı olub - Yenilənib

İlham Əliyev Xankəndi-Şuşa-Laçın avtomobil yolunda görülən işlərlə tanış olub - Yenilənib

Ən çox oxunanalar