İsrail hakimiyyəti və Fələstinin HƏMAS yaraqlıları girovların azad edilməsinə dair yeni saziş və 30 günlük atəşkəs haqqında ilkin razılığa gəliblər...
Poliqon xəbər verir ki. bu barədə Reuters Agentliyinin məlumatında bildirilib. Agentlik qeyd edir ki, ilkin razılığa baxmayaraq, tərəflər arasında hərbi əməliyyatların dayandırılmasının həyata keçirilməsi ilə bağlı fikir ayrılıqları qalmaqdadır.
Reuters yazır ki, əvvəlcə HƏMAS bir neçə ay müddətinə atəşkəs tətbiq etməyi təklif edib, lakin dekabrın sonunda tərəflər bir aylıq fasilə barədə razılığa gəliblər. Eyni zamanda, Reuters-in altı mənbəsinə görə, HƏMAS hazırkı atəşkəs şərtləri razılaşdırılana qədər növbəti danışıqlardan imtina edir.
Hazırkı razılaşma çərçivəsində İsrail "mərhələli razılaşma" ideyasını irəli sürüb və plana görə mülki şəxslər və hərbçilər də daxil olmaqla girovlar tədricən azad ediləənə qədər atəşkəs davam edəcək. HƏMAS da öz növbəsində məhbusların azad edilməsi müqabilində daimi atəşkəs haqqında razılaşma tələb edir, Bəzi mənbələrə görə, yaraqlılar HƏMAS mülki girovları azad edən kimi, İsrail hərbçiləri əsir qalsa belə, İDF-nin döyüşləri bərpa edəcəyindən ehtiyat edirlər.
Son məlumatlara görə, Qəzza zolağında 132 nəfər əsir saxlanılır. 2023-cü ilin noyabr ayının sonunda bir həftəlik atəşkəs zamanı 108 girov azad edildi. Atəşkəs dekabrın 1-də İDF tərəfindən pozulub. İsrail ordusu hərəkətlərini HƏMAS-ın təxribatları ilə izah edib. İsrail tərəfinin məlumatına görə, müharibə başlayandan bəri ən azı 27 girov öldürülüb.
Poliqon.info