Cümə, 30 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Hava limanında teror aktının təfərrüatları....

Moldovada törədilən terror aktının bəzi təfərrüatları məlum olub...

Bu barədə "Report"un Şərqi Avropa bürosuna Moldovanın təhlükəsizlik xidmətinin keçmiş zabiti, hərbi ekspert Adrian Keptonar bildirib.

"43 yaşlı Tacikistan vətəndaşı Rüstəm Aşurova Moldova ərazisinə daxil olmaq qadağan edilmişdi, çünki o, təhlükəsizlik yoxlanışından keçə bilməmişdi. Həmin şəxsin geri qaytarılmasına hazırlıq işləri zaman Tacikistan vətəndaşı sərhədçiyə hücum edib, onun tabel silahını oğurlayıb", deyə Adrian Keptonar deyib.

A.Keptonar qeyd edib ki, R.Aşurov daha sonra sərhədçini və təhlükəsizlik xidmətinin əməkdaşını öldürüb. Bundan başqa, bir sərnişin də yaralanıb. Hazırda o, müalicə edilir.

Qeyd edək ki, Tacikistan vətəndaşının iyunun 23-də 3 cinayət ortağı ilə birlikdə həmyerlisi olan bankirin oğurlanmasında və qətlində iştirakı ehtimal olunur. Bundan sonra o, Özbəkistan sərhədini qeyri-qanuni keçib və təyyarə ilə Türkiyənin İstanbul şəhərinə, daha sonra Kişineuya uçub. Tacikistan polisləri moldovalı həmkarlarlarına məlumat verib ki, Tacikistan iyunun 30-da həmin şəxsin “İnterpol” xətti ilə beynəlxalq axtarışa verilməsi barədə müraciət edib. “İnterpol” bunu məlumat bazasına yerləşdirmədiyinə görə Özbəkistan, Türkiyə və Moldovanın həmin şəxs barəsində məlumatı yox idi.

Özbəkistan həmin şəxsin kimliyini təsdiqləyib. Rüstəm Aşurovun mümkün cinayətləri ilə bağlı hələ məlumat yoxdur. Onun “Vaqner” xüsusi hərbi şirkəti daxil olmaqla, hər hansı bir qrupun üzvü olması məlumatını təsdiqləyəcək dəlil mövcud deyil.

Həmin şəxs daha əvvəl Moldova ərazisinə daxil olmayıb və ya Moldovaya keçməyə cəhd göstərməyib. Tacikistanda onun Rusiya vətəndaşı olmasını təsdiqləyəcək məlumat yoxdur" deyə o, əlavə edib.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Şabranda yük maşınının körpüdən aşması nəticəsində ölənlərin kimliyi məlum olub - Yenilənib

Qubada avtomobil qəzasında xəsarət alan 15 nəfərin kimliyi məlum olub - Yenilənib

Uşaqları ölümə aparan addım - Valideynlərə xəbərdarlıq

Sentyabrın 1-dən "WhatsApp" bu telefonlarda işləməyəcək

"TikTok" canlı yayımında xanım hüquqşünası söydü - Həbs edildi

Əhaliyə xəbərdarlıq - Bu gün telefondan maksimum az istifadə edin

Oyun qaydaları dəyişəcək - Ukraynanın sirli "Palyanitsa" PUA-sı nəyə qadirdir?..

Qısa müddətdə milyonçu-oliqarxa çevrilən namizəd: Mehriban Vəliyeva çox bahalı villasını necə tikdirib?

"Kubik" kəskin bahalaşdı - Evlərin qiyməti artacaqmı?

Ən çox oxunanalar