Bazar, 21 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Hasilatın azaldılması nefti bahalaşdıracaqmı?

Beynəlxalq ekspertlər aydınlıq gətirdi...

Dünya bazarlarında neftə olan tələbat koronavirus pandemiyası ilə əlaqədar xeyli azalıb. “OPEC+” alyansının G20 ölkələrinin Enerji nazirlərinin də iştirakı ilə bu həftə keçirilən müzakirələri hasilatın azaldılması problemini həll edib. Hasilatçı ölkələr iki ay müddətinə istehsalın gündəlik 10 milyon barrel azaldılması barədə razılığa gəliblər. Təkcə Meksika ondan tələb olunan 400 min barrel həcmində azaldılma ilə razılaşmayıb. OPEC digər ölkələrin hasilatı 5 milyon barrel azaldacağını gözlədiyini elan edib və G20 qrupu da bu qərarı dəstəkləyib.

Beynəlxalq ekspertlər Al-Arabiya telekanalında yaxın aylarda qlobal neft bazarında vəziyyəti şərh ediblər.

“OANDA” treydinq firmasının marketinq üzrə analitiki Ceffri Halley bildirib ki, Meksika ilə ABŞ arasında sövdələşmə o qədər də aydın deyil. Belə ki, Prezident Donald Tramp Meksikanın imtina etdiyi gündəlik 250 min barrel nefti kimin kompensasiya edəcəyinə aydınlıq gətirməyib. Digər tərəfdən, ABŞ-da da hasilatın azaldılmasına kimin sərəncam vermək hüququna malik olduğu da bilinmir. Ekspertin sözlərinə görə, növbəti addım aprelin 12-də Meksika ilə Səudiyyə Ərəbistanı arasında aparılacaq müzakirələr olacaq. O əlavə edib ki, Ər-Riyad bu görüşdə qarşı tərəflə kompromis əldə edə bilər. C.Halley onu da qeyd edib ki, bazar ertəsi Brent markalı neftin qiyməti yenidən kəskin azala və hər barrel üçün 25 dollara düşə bilər. Onun sözlərinə görə, gündəlik 10 milyon barrel azalmanın yaxın bir ayda neftin qiymətlərinə əhəmiyyətli dərəcədə təsiri də şübhə altındadır. Belə ki, Kanada və ABŞ-ın hasilatın azldılması ilə bağlı mövqeyi tam aydın deyil.

“Verocy&Global Head Startegy and Risk of Berry Commodities” Fondunun direktoru Siril Viddershoven isə qeyd edib ki, hazırkı vəziyyət tamamilə aydındır. Onun sözlərinə görə, “OPEC+” alyansı və G20 qrupu gündəlik hasilatı 17-25 milyon barrel azltmayana qədər bazarları idarə etmək mümkün olmayacaq. Expert əlavə edib ki, neftə tələbatın ən aşağı səviyyədə olduğu hazırkı vəziyyətdə 10-15 milyon barrel həcmində azalma təkcə qiymətlərin indiki səviyyədə qalmasını təmin edə bilər. Viddershovenin sözlərinə görə, anbarların dolu olduğu və əlavə ehtiyac olmadığı anda qiymətlərin yenidən aşağı düşəcəyi istisna olunmur, çünki koronavirus pandemiyasının ciddi təsiri davam edir. Eyni zamanda, ekspert vurğulayıb ki, OPEC ölkələri, xüsusən Səudiyyə Ərəbistanı ilə Birləşmiş Ərəb Əmirlikləri və Küveyt arasında mübahisələr davam edir və sonuncuların öz öhdəliklərini yerinə yetirəcəyi də şübhə altındadır.

Viddershoven diqqətə çatdırıb ki, ABŞ Administrasiyası da ölkədəki neft şirkətlərini hasilatı azaltmağa məcbur etmək gücündə deyil. Onun sözlərinə görə, Birləşmiş Ştatların neft ehtiyatlarının həcmi müvəqqəti olaraq yerli istehsalçılardan xam neft qəbul etməyə imkan verir və onların da dolması yerli şirkətlərin iflası ilə nəticələnə bilər. Eyni zamanda, şist neftinin gündəlik 2-4 milyon barrel azalması bazarlarda sabitlik yarada bilər.

“Rystad Energy” şirkətinin neft bazarları üzrə analitiki Luis Diksonun fikrincə, hazırkı vəziyyətdə “OPEC+” alyansının əməkdaşlığı və atdığı addımlar misilsizdir. O qeyd edib ki, indi neft hasilatçısı ölkələr daha çox həmrəy olmalı, kompromis variantlara üstünlük verməlidir. Ekspert əlavə edib ki, 2020-ci il ərzində hasilatın gündəlik 10 milyon barrel azaldılması və koronavirus pandemiyası ilə bağlı vəziyyətin sabitləşməsi qlobal neft bazarında müsbət meyillər yaradacaq. Lakin Dikson mayın 1-dək Brent markalı neftin qiymətlərinin hər barrel üçün 30 dollardan yuxarı olmayacağını bildirib. Çünki Həmin tarixədək öhdəlik götürən ölkələr hasilatın azaldılması istiqamətində tədbirlər görməlidir. “Neft maşını o qədər də çevik deyil və ani olaraq düyməyə basıb hasilatı azaltmaq da mümkünsüzdür”, -deyə o vurğulayıb.

“IHS Market” şirkətinin vitse-prezidenti Rocer Diven proseslərin xeyli mürəkkəb olduğunu və qlobal neft bazarında sabitlik yaranması üçün xeyli iş görülməsi zəruruliyini qeyd edib. Alınan qərarların “yaxşı başlanğıc” olduğunu da diqqətə çatdıran ekspertin sözlərinə görə, daha mühüm amil koronavirus pandemiyasının tezliklə sona çatması olacaq. R.Diven, həmçinin Meksika ilə bağlı problemin də həllinin vacib olduğunu söyləyib.

“Derasat” treydinq şirkətinin analitiki Ömər Əl-Ubaydil isə bildirib ki, Meksika ilə bağlı problem həll edilsə belə, əsas məsələ qarşıdakı aylarda hasilatın azaldılmasının monitorinqi və razılaşma tərəflərinin öhdəliklərinə əməl etməsi olacaq(azərtac).

pia.az


Etiket: neft hasilat


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda biznesmenin müəmmalı ölümü - Qardaşı şikayətçidir

Daha dörd bitərəf deputat növbədənkənar seçkilərdə namizədliyini irəli sürüb

700 bal toplayan Şəbnəm bu universitetdə oxumaq istəyir

Şuşada II Qlobal Media Forumu keçirilir, Prezident İlham Əliyev Forumda çıxış edib - Video

İlham Əliyev Paşinyanın Britaniyada onunla görüşdən imtina etməsi barədə danışıb    

Bakıda 75 yaşlı kişini qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb - Yenilənib

Azərbaycanda qaz sayğacları ilə bağlı texniki reqlament təsdiq ediləcək

Kürdəmirdə arvadı evdən gedən kişi canına qəsd etdi

Qaradağda 57 yaşlı anasını qətlə yetirməkdə şübhəli bilinən şəxs barəsində cinayət işi açılıb - Yenilənib

Ötən gün bank kartlarından 55 min manatdan çox pul oğurlanıb

Ən çox oxunanalar