Çərşənbə axşamı, 30 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Hakimiyyət Abbasova “yox” dedi

Fevralın 20-də qurultay keçirərək Rusiya azərbaycanlılarının Federal Milli-Mədəni Muxtariyyəti-"AzerRos"un parçalanmasını rəsmiləşdirən sabiq vitse-primyer Abbas Abbasov barədə yeni məlumatlar yayılıb


PİA.AZ-ın məlumatına görə, “Yeni Müsavat”a bu haqda məlumat verən mənbə bildirib ki, uzun müddətdir hakimiyyətlə əlaqələrini bərpa etməyə, dövlət başçısı ilə görüşmək üçün cəhdlər edən A.Abbasova ötən ay birmənalı “yox” cavabı verilib.

İyun ayında Avropa Oyunlarının açılışında iştirak etmək üçün Azərbaycana gəlməyi çox arzulayan sabiq vitse-primyer yenə rədd cavabı alıb.

Məlumdur ki, A.Abbasov Dünya Güləş Federasiyasında “Güləşin dostları” təşkilatının rəhbəridir. O, məhz bu yarışlara gəlməyi hakimiyyətlə barışıq üçün son şans hesab edirdi. A.Abbasova deyilib ki, onun adı əvvəldən açılış mərasimində iştirak edəcək ali qonaqların siyahısına daxil edilməyib.

Bu qərardan çox məyus olan A.Abbasov son qurultaydakı çıxışında mərhum prezident Heydər Əliyev haqda xoş sözlər danışsa da, indiki dövlət rəhbərinin adını bir dəfə belə xatırlatmayıb. O, yalnız indiki hakimiyyəti dəstəklədiyini deməklə kifayətlənib, könüllü olaraq vəzifədən getdiyini, yerini gənclərə verməklə “nümunə göstərdiyini” söyləyib. 

Qeyd edək ki, baş nazirin sabiq birinci müavininin oğlu da bir müddət əvvəl atasının məhz Bakıya Avropa Oyunlarında gələcəyinə ümidli olduğunu demişdi. A.Abbasovun özü isə hələ çox əvvəl “bir də tabutda” Bakıya qayıdacağını söyləyərək “ona da əgər icazə versələr” əlavəsini etmişdi. 

“Milyarderlər İttifaqı” fiaskosundan sonra aralarında soyuqluq yaranan, “Bakıya girişi qadağan olunan” məşhur kinorejissor Rüstəm İbrahimbəyovla A.Abbasovun yenidən birgə görünməsinin səbəbi də ortaya çıxmış sayılmalıdır. A.Abbasovun bəlkə də qayıtdılar ümidi də puç olub. 

Hakimiyyətin A.Abbasovla bağlı qeyri-rəsmi qadağanı qaldırmamasını təsdiq edən daha bir xəbər də var. İki gün əvvəl Moskvada “Aleksandr House” mərkəzində “AzerRos”da yaranmış vəziyyətlə bağlı tədbirdə A.Abbasovdan prezident İlham Əliyevə şikayət ünvanlanıb.  

Tədbirdə “AzerRos”un Federal Şurasının üzvləri, 30-dan çox regional və yerli milli-mədəni muxtariyyətlərin rəhbərləri, Azərbaycan ictimai təşkilatlarının başçıları, gənclər, həmçinin Rusiya Ədliyyə Nazirliyinin və media nümayəndələri iştirak ediblər.

“AzerRos”un fəxri prezidenti Söyün Sadıqov deyib ki, intriqalar təşkilatı münaqişələrə və məhv olmaq həddinə gətirib. O, “AzerRos”da 15 il ərzində birgə fəaliyyət göstərdiyi Mehriban Sadıxovanı, Cəmil Sadıxbəyovu, Vaqif Adıgözəlovu, o cümlədən Şirvan Kərimovu, Rüstəm Arifcanovu, Natiq Ağamirovu və Tamilla Şıxməmmədovanı tədbirə dəvət etdiyini deyib: “Onlar SMS yazaraq Abbas Abbasovun onlara buraya gəlməyi qadağan etdiyini bildirdilər”. S.Sadıqov qarşı tərəfin münaqişənin arxasında Azərbaycanın Rusiyadakı səfirliyinin dayandığı barədə iddiaları yalanlayıb və deyib: “”AzerRos" ciblik təşkilat deyil, heç kəs onu “özəlləşdirmək” ixtiyarına sahib deyil. O bütün Rusiya azərbaycanlılarına məxsusdur". 

O qeyd edib ki, Vladimir Putin və İlham Əliyev səmərəli dostluq münasibətlərinin möhkəmlənməsi naminə fəaliyyət göstərən bir dövrdə "Abbas Abbasov və onun kimilər öz destruktiv fəaliyyəti ilə bu münasibətlərə ziyan vururlar".

Çıxış edənlərin çoxu A.Abbasovun “AzerRos”u şəxsi mirasına çevirərək, bütün bunları Rusiya vətəndaşlığı olmadan qeyri-qanuni şəkildə etdiyini vurğulayıblar. 

“Abbasov vaxtı ilə Azərbaycanı tərk edib, indi isə bizləri burada - Rusiyada bölməyə çalışır. Keçmiş Azərbaycan məmurunun bizi idarə etməyə nə haqqı var? O kənara çəkilməlidir. Bizlər- Rusiya vətəndaşları isə azərbaycanlıların barışıq içində yaşamağa qadir olduqlarını sübut etməliyik” deyə, toplantındakı çıxışlarda vurğulanıb. 

Məlum olub ki, “AzerRos” prezidenti vəzifəsini icra edən Tahir Hacıyev adından A.Abbasov məhkəməyə də verilib.  Görüş iştirakçıları sonda Azərbaycan prezidentinə müraciət qəbul ediblər. Müraciətdə xüsusi olaraq vurğulanıb ki, Abbas Abbasovun özünü “AzerRos”un  özbaşına şəkildə Bakıdan təyin olunmuş nümayəndəsi kimi təqdim etməsi Azərbaycan hökumətini nüfuzdan salmaq məqsədini daşıyan təxribatdır.

Azərbaycanlılar İlham Əliyevdən “AzərRos”dakı münaqişənin həlli üçün kömək istəyiblər. 

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Əri tərəfindən başı kəsilən Sevincin üç yaşında qızı olub - Təfərrüat, Yenilənib, Foto

TƏBİB: Qazaxda minaya düşən DSX hərbçisinin vəziyyəti ağırdır - Yenilənib

Göyçayda oğul atasını döyərək öldürüb, cinayət işi açılıb - Yenilənib

Odessanın atəşə tutulması nəticəsində dörd nəfər ölüb, 28 yaralı var - Yenilənib

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, açarlar təqdim olunub - Yenilənib    

Türkiyə XİN Fransa Milli Assambleyasının qərarını pisləyib

4 bürcdən “Necəsiniz?” soruşmayın: - Saatlarla sızıltılarına qulaq asmalı olacaqsınız

Avtomobil bazarında durğunluğun səbəbi nədir? - Video

Ən çox oxunanalar