Bazar ertəsi, 29 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Hafiz Səfixanov: "Ermənistandan minalanmış ərazilərin xəritələri tələb oluna bilər"

Azərbaycan üçün ilk iş işğaldan azad olunmuş ərazilərdə basdırılmış minaların xəritələrini əldə etməkdir”.

Bunu APA-ya açıqlamasında “Minalar Əleyhinə Azərbaycan Kampaniyası” İctimai Birliyinin sədri Hafiz Səfixanov deyib.

Onun sözlərinə görə, Ermənistan tərəfi guya minalanmış ərazilərin xəritələrinin olmadığını bildirib: “Bu, nağıldır. Çünki həmin ərazilərə minaları mülki şəxslər basdırmayıblar. Əraziləri Ermənistanın Müdafiə Nazirliyi minalayıb. Hərb elminin qanuna görə də minalanmış ərazinin xəritəsi və protokolu tərtib olunmalıdır”.

H. Səfixanov Ermənistanın minalar əleyhinə Konvensiyaya qoşulmadığını xatırladıb: “Amma üçtərəfli bəyanatlara əsasən, Azərbaycan, RusiyaErmənistan Baş nazirlərinin müavinləri səviyyəsində komissiya işləyir. Həmin komissiya çərçivəsində biz Ermənistandan minalanmış ərazilərin xəritələrini tələb etməliyik. Ermənistan həmin xəritələri verməlidir. Ən azından Ermənistanı beynəlxalq aləmdə qınaq obyektinə çevirməklə xəritələri verməyə məcbur etməliyik”.

O qeyd edib ki, ermənilər hətta hərbi təyinatı olmayan əraziləri də minalayıb: “Demək olar hər həftə bizim mülki şəxslərimizin işğaldan azad edilmiş ərazilərdə minaya düşməsi ilə bağlı məlumat yayılır. Hərbçilər arasında da minaya düşənlər var. Ermənistan tərəfinin minalanmış ərazilərin xəritəsini verməməklə tək hədəfi mülki şəxslər arasında mina qurbanlarının sayını artırmaq deyil. Burada onlar həm də bu ərazilərə sakinlərin qayıdışını çətinləşdirməyə, uzatmağa yönəlmiş cinayət törədirlər. Çünki bu xəritələri verməməklə onlar Azərbaycanın işğaldan azad edilmiş ərazilərdə başladacağı yeni infrastruktur layihələrini də gecikdirirlər. Digər tərəfdən, minaların təmizlənməsi külli miqdarda vəsait tələb edən və vaxt aparan işdir. Ancaq xəritələr olarsa, həm vəsaitə və vaxta qənaət etmək olar. Beləliklə də Azərbaycan infrastruktur layihələrini daha tez həyata keçirər və məcburi köçkünlər öz doğma torpaqlarına daha tez qayıda bilərlər”.

H. Səfixanov vurğulayıb ki, BMT, Beynəlxalq Qızıl Xaç Komitəsinin xətti ilə də Ermənistandan həmin xəritələr tələb oluna bilər: “Hansı ki, bu təşkilatlar beynəlxalq humanitar hüquqa əsaslanan fəaliyyət göstərirlər. Ancaq ən əsası üçtərəfli komissiyanın iclasında biz hər şeydən əvvəl iradə nümayiş etdirməli və tələb qoymalıyıq. Çünki Azərbaycan tərəfi qalib tərəfdir və bütün şərtləri diktə edir”.

pia.az

 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Daha bir VHP-çi namizəd kimi qeydə alındı - Fotolar

Azərbaycanda uşaqlar arasında yeni xəstəlik yayılıb - Xəbərdarlıq

Son 4 ilə ən azı 43 milyon manatlıq tender udan şirkəti hökumətlə nə bağlayır? – Araşdırma

Dövlət qulluğuna qəbul imtahanında 22 nəfər uğur qazanıb

Faiq Ağayevlə Zülfiyyə Xanbabayeva illər sonra bir arada

İsrailin xarici işlər naziri Livanla müharibədən qaçmaq üçün son şansı açıqlayıb

Xamenei Pezeşkianı İranın yeni prezidenti kimi təsdiqləyib

Abituriyentlər musiqi sənətinə aid nəzəriyyə fənləri üzrə imtahan veriblər - Yenilənib

ETSN hava məlumatları ilə bağlı əhaliyə xəbərdarlıq edib

Gənclər və İdman Nazirliyi və MOK Azərbaycana qarşı təxribatla bağlı bəyanat yayıb

Unudulmaz bəstəkar Vasif Adıgözəlovun doğum günüdür

Cəlilabadda hündürlükdən yıxılan azyaşlı ölüb

Ən çox oxunanalar