Hacıqabulda ölümlə nəticələnən yol qəzası baş verib...
APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Hacıqabul rayonunun Meyniman kəndində qeydə alınıb. "Mercedes" markalı avtomobilin yoldan çıxaraq aşması nəticəsində 1 nəfər ölüb, 5 nəfər - 1974-cü il təvəllüdü Əliyeva Sevda Rafiq qızı, 2005-ci il təvəllüdlü Əliyev İbad Ariz oğlu, Əliyeva Gülbacı Mübariz qızı, Əliyev Mübariz Ocaqqulu oğlu və 2001-ci il təvəllüdlü Qəfərli Elşən Mais oğlu xəsarət alıb.
Xəsarət alanlar Şirvan xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
poliqon.info