Bazar ertəsi, 13 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Hacı Əliyev: "İki erməni idmançıya qalib gəldiyim üçün, qələbəni də hərbçilərə həsr edirəm"

"Rəqiblərimə çox çətinliklə qalib gəldim. Sözsüz ki, onları daha asan məğlub etmək istərdim"

Bunu "Report"un Belarusun paytaxtı Minskdə keçirilən II Avropa Oyunlarına ezam olunan əməkdaşına müsahibəsində sərbəst güləş üzrə Azərbaycan millisinin güləşçisi Hacı Əliyev deyib.

65 kq çəki dərəcəsində mübarizə aparan üçqat dünya və üçqat Avropa çempionu "Minsk 2019"da finala yüksəlməsini şərh edib. O, bildirib ki, hər görüşün öz çətinliyi var: "Qismətdən elə oldu ki, bu gün iki erməniyə qalib gəldim. Səhərdən ikinci erməniyə də qalib gəlsəm, mənim üçün maraqlı olacağını düşünürdüm. Bunu düşünə-düşünə ona qalib gəldim".

Əliyev artıq qarşıdakı final oyunlarını düşündüyünü əlavə edib: "Mənim üçün indi vacib qarşılaşma finalda gürcü idmançı ilədir. O, olimpiya çempionudur, iki-üç dəfə ona uduzmuşam. Güclü idmançıdır, çalışacağam ki, bu dəfə qalib gəlim"

Titullu pəhləvan finala yüksəlməsini Azərbaycanın Silahlı Qüvvələrinə həsr etdiyini də deyib: "Çalışıram ki, rəqiblərimə xal verməyim. Əksinə, özüm daha çox xal qazanım. Çox şükür ki, məndən xal alsalar da, sonda qalib gələ bildim. Ancaq məndən çox enerji aldılar. Bu gün gözəl gündür, Silahlı Qüvvələri günüdür. İki erməni idmançıya qalib gəldiyim üçün, qələbəni də hərbçilərə həsr edirəm".

Qeyd edək ki, ilk qarşılaşmasında ermənistanlı Valodya Franqulyana qalib gələn Hacı Əliyev ardınca belaruslu Georgi Koliyev və ukraynalı Hor Ohanesyandan da güclü olub. O, finalda Gürcüstan təmsilçisi Vladimir Xinçeqaşvili ilə üz-üzə gələcək.

pia.az


Etiket: Hacı Əliyev

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiyanın yeni güc nazirləri: Şoyqu Patruşevi əvəz edib...

Rusiya sərhədçiləri Zəngəzurda keçid məntəqələrini bağlayırlar

Ərdoğan ABŞ səfərinin niyə baş tutmamasını açıqladı

Cavanlar azalır, qocalar çoxalır: Dünyada proses necə gedir?

G20-də dəyəri ÜDM-dən yüksək olan yeganə şirkət məlum olub

“Avroviziya 2024”ün qalibi mükafatını səhnədəcə sındırıb

İsveçrənin vitse-kansleri qəflətən vəfat edib

Ukrayna Rusiyanın Belqorod şəhərinə zərbə endirib, 4 nəfər ölüb, 21 nəfər yaralanıb 

Şahmatçımız Məhəmməd Muradlı Avstriyada keçirilən turnirin qalib olub

"Böyük Dəbilqə": Azərbaycanın daha dörd cüdoçusu mübarizəyə başlayır

Ən çox oxunanalar