Şənbə, 11 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Gürcüstanda torpaq sürüşməsi bölgəsindən 11 nəfər xilas edilib - Yenilənib

Gürcüstanın Quriya bölgəsində torpaq sürüşməsi bölgəsindən 11 nəfər xilas edilərək təhlükəsiz bölgəyə köçürülüb...

APA-nın Tbilisi bürosu xəbər verir ki, məlumatı Gürcüstanın Daxili İşlər Nazirliyi (DİN) yayıb. Bildirilib ki, xilas edilənlər 7-si uşaqlardır, daha 2 nəfərin axtarışlarının isə davam etdirildiyi qeyd olunub.

Məlumata görə, hazırda 200 xilasedici fəlakət bölgəsinə cəlb edilib. Gürcüstan DİN-in tabeliyindəki Fövqəladə Halların İdarəetməsi Xidmətinin rəhbəri Temur Mğebrişvilinin və qurumun digər rəhbərlərinin də bölgəyə yola düşdüyü qeyd olunub.
Xilasedicilərin Supsi çayından bir xarici ölkə vətəndaşını xilas etdiyi bildirilir.


Məlumata əsasən, polis Acara, Quriya və İmereti bölgələrinin sakinlərinə xəbərdarlıq mesajları göndərir.

***

Gürcüstanın Quriya regionunda torpaq sürüşməsi nəticəsində itkin düşən azyaşlılardan birinin meyiti tapılıb.

APA-nın Tbilisi müxbiri xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyinin (DİN) məlumatında bildirilib.

Daha iki nəfərin axtarışlarının davam etdirildiyi açıqlanıb.

Yaranmış vəziyyətlə əlaqədar vətəndaşlara xəbərdarlıq edən qurum Quriya bölgəsində yaşayanları səlahiyyətli şəxslərin təlimatlarına tabe olmağa çağırıb.

Qeyd olunub ki, güclü yağışlar səbəbilə bölgədə çaylar daşıb, torpaq sürüşmələri yaranıb, yaşayış evləri, körpülər və kəndləri əlaqələndirən yollar zədələnib.

Xatırladaq ki, ötən ay Gürcüstanın Oni bələdiyyəsində baş vermiş torpaq sürüşməsi nəticəsində 31 nəfər həlak olub.

***

Güclü yağışlar Gürcüstanın Quriya və Acarıstan regionlarında torpaq sürüşməsinə səbəb olub.

APA-nın Tbilisi müxbiri xəbər verir ki, məlumatı Gürcüstan Daxili İşlər Nazirliyi (DİN) yayıb.

Bildirilib ki, qurumun bölmələri fəlakət bölgəsinə səfərbər ediliblər və hazırda sürüşmə nəticəsində itkin düşdüyü bildirilən üç nəfərin axtarışları davam etdirilir. Məlumata görə, itkin düşənlərdən ikisi azyaşlıdır.

Qeyd olunub ki, Quriya və Acarada güclü yağışlar həmçinin daşqınlara səbəb olub, DİN-in 112 “qaynar xətt”inə 100-dən çox yardım çağırışı daxil olub.

Yağış səbəbilə yaşayış evlərinin su altında qaldığı, ağacların qırıldığı, torpaq uçqunu səbəbilə Quriya regionunun bəzi kəndləri ilə əlaqənin kəsildiyi qeyd olunub.

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İlham Əliyev və Mehriban Əliyeva Şuşaya köçmüş ilk sakinlərlə görüşüblər - Yenilənib, Fotolar

Prezident Şuşa rayonunun Turşsu qəsəbəsinin təməlini qoyub - Yenilənib

Film kimi yəni: Deputat Fəzail Ağamalının kabinetindəki sirli otaq...

Prezident Laçının Sus kəndinə köçmüş sakinlərlə görüşüb - Yenilənib, Fotolar

Mamayı məscidinin bərpadan sonra açılışı olub - Yenilənib

Şəkildə fil, yoxsa zürafə var? - Şəxsiyyət testi

Paşinyanın Moskva səfərinin nəticələri... - Putin Ermənistan liderinə “qulaqbirması” verdimi, yoxsa əksinə...

Azərbaycanda gənc yazıçının ölüm xəbəri yayıldı - Yenilənib

Prezident və birinci xanım Şuşada üçüncü yaşayış kompleksinin təməlqoyma mərasimində iştirak ediblər - Yenilənib

Şuşada Şirin su hamamının bərpadan sonra açılışı olub - Yenilənib

Fazil Mustafaya qarşı sui-qəsdə cəhd cinayətinə baxan hakimin halı pisləşdi

Ən çox oxunanalar