Bazar, 25 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Gürcüstan vətəndaşı olan 8 azərbaycanlı Almaniyadan deportasiya edilib

Ötən gün Gürcüstan Respublikasının vətəndaşı olan 8 azərbaycanlı Almaniyadan deportasiya edilib.

“Report”un Avropa bürosunun məlumatına görə, 2015-ci ildə qaçqın statusu üçün Almaniyaya gələrək, sığınacaq istəyən azərbaycanlılar miqrasiya idarəsi və polis əməkdaşları tərəfindən Dortmund hava limanına gətiriliblər. Onlar Dortmund-Kutaisi təyyarə reysi ilə Gürcüstana göndəriliblər.

Deportasiya olunan 8 nəfərdən 3-ü bir ailənin üzvü olub.

Almaniya Miqrasiya və Qaçqınlala iş üzrə Federal İdarədən “Report”un Avropa bürosuna bildirilib ki, bu ilin may-iyul aylarında ümumilikdə 819 Gürcüstan vətəndaşı federal idarədən sığınacaq istəyib.

Gürcüstanın İşlə Təminata Dəstək Dövlət Agentliyindən isə bildirilib ki, bu ilin fevral ayında “müvəqqəti işlə təmin olunmaq istəyən miqrantın qeydiyyat portalında” 53 274 nəfər qeydiyyatdan keçib. Onlardan 35 121 nəfəri “Almaniyada müvəqqəti işlə təmin olunma” formasını doldurub. Almaniyanın əmək bazarında Gürcüstan vətəndaşlarının müvəqqəti leqal işlə təmin edilməsi 1 aydan 3 aya qədər mümkündür. Mövsümi işlər aprel ayından başlayıb. İşlə Təminata Dəstək Dövlət Agentliyinin məlumatına görə, müvəqqəti mövsümi işlə təmin etmə Gürcüstan və Almaniya arasında bağlanmış razılaşma çərçivəsində həyata keçirilib. İşlə təmin etmə kənd təsərrüfatı sektorundakı mövsümi işlərdə mümkündür.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İsrailə 320-dən çox raket atılıb, ölkədəki 11 hərbi baza atəşə tutulub

Nazir: Bakıda ilk velosiped kirayəsi xidməti işə başlayıb - Foto

Qərb "Telegram"la bağlı Moskvadan nə istəyib? - Zaxarova faktları açıqladı

Avqustun sonunda 4 bürcü inanılmaz sürpriz gözləyir

Paşinyanın Zəngəzur dəhlizinə qarşı “layihəsi” - Areşev

Qəzaya düşən Nəsiman Yaqublu vəfat edib - Yenilənib

Toyuna hazırlaşırdı, faciəli şəkildə öldü: 29 yaşlı oğlanın meyiti tapıldı

Göygöldə yol qəzasında ölənlərin kimliyi məlum olub - Yenilənib

Olimpiadada cinsiyyət müzakirələrə çevrilən boksçunun makiyajlı videosu

Rafael Hüseynov Hacıqabul və Kürdəmir rayonunlarında şəhid ailələrinə ziyarətlərini davam etdirir - Fotolar 

Ən çox oxunanalar