Bazar ertəsi, 22 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Gürcüstan Prezidentinin impiçmenti baş tutmayıb - Yenilənib

Gürcüstan Prezidentinin impiçmenti baş tutmayıb...

***

Gürcüstan parlamentində Prezident Salome Zurabişvilinin impiçmenti məsələsinin müzakirəsinə başlanılıb.

APA-nın Tbilisi müxbiri xəbər verir ki, sessiyada Salome Zurabişvili özü də iştirak edir.

Hazırda impiçment təqdimatının müəllifi, hakim "Gürcü Arzusu" partiyasının sədri İrakli Kobaxidze çıxış edir.

Parlamentin sədri Şalva Papuaşvili prosedur haqqında danışarkən bildirib ki, Salome Zurabişvilinin 15 dəqiqəlik reqlamentlə çıxış etmək, həmçinin sual ünvanlamaq imkanı olacaq.

Gürcüstanın əsas müxalifət partiyası “Vahid Milli Hərəkat” sessiyanı boykot edib və müzakirədə iştirak etmir. Partiya bu barədə parlamentin spikerinə ünvanladığı məktubda bildirib.

Hakim partiyanın Prezidentin impiçmenti üçün 100 deputatın dəstəyinə ehtiyacı var. Lakin partiya hazırda parlamentdə 85 deputatla təmsil olunur.

***

Bu gün Gürcüstan parlamentində Prezident Salome Zurabişvilinin impiçmenti məsələsi müzakirə ediləcək.

APA-nın Tbilisi müxbiri xəbər verir ki, müzakirə yerli vaxtla saat 12:00-da başlayacaq.

Gürcüstan parlamentinin məlumatına görə Prezident Salome Zurabişvili sessiyada iştirak edəcəyini təsdiqləyib.

Gürcüstan Prezident administrasiyasının məlumatında isə bildirilib ki, müzakirə zamanı sessiyada diplomatik korpusun iştirakına icazə verilməsi üçün müraciət edilib, lakin parlament müraciəti qəbul etməyib.

Sessiya ilə əlaqədar parlamentdə təhlükəsizlik rejimi gücləndirilib.

Müxalif deputatlar bildiriblər ki, hakimiyyətin gizli yolla keçiriləcək səsvermənin nəticələrini saxtalaşdırmaması üçün səsvermə zamanı zalda olmayacaqlar.

Qeyd edək ki, hakim “Gürcü Arzusu” partiyasının impiçment layihəsini daha əvvəl parlamentin 88 deputatı dəstəkləyib. Lakin Prezidentin impiçmenti üçün minimum 100 deputatın dəstəyinə ehtiyac var.

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Minimum əmək haqqı bu tarixdən artacaq - Açıqlama

Bakıda güclü yağışdan sonra gölməçə yarandı

Hakimliyə namizədlərə yazılı imtahan keçirilib - Yenilənib

Əməkdar artistin toy paltarı gündəm oldu - Foto

“Bakıda hər kəs hər şeyi bilir” - Prezident

ABŞ öz nüvə başlıqlarının sayını açıqlayıb

Bilgəhdə dənizdə batan iki qardaşı ataları xilas edib, vəziyyətləri ağırdır

"Xatırlayarsan məni" - Mərhum Xalq artisti Məmmədbağır Bağırzadənin doğum günüdür

Tramp sui-qəsd cəhdindən sonra ilk mitinqini keçirdi

Ən çox oxunanalar