Gürcüstan hakimiyyəti Avropa İttifaqından gətirilən avtomobillərin ixracına, ölkədən çıxarılmasına və ya Rusiyaya tranzitinə qadağa qoyub...
Poliqon xəbər verir ki, bu barədə Gürcüstanın Maliyyə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
“Bəli, həqiqətən də, əvvəllər deyildiyi kimi, sentyabrın 26-dan Avropadan Rusiyaya gətirilən avtomobillərin ixracına, reeksportuna və ya tranzitinə qadağa qoyulacaq”, deyə mətbuat xidməti bildirib.
Qadağa mühərrikinin həcmi 1,9 kubmetrdən çox olan avtomobillərə, eləcə də hibrid və elektromobillərə şamil edilir. Məhdudiyyətlər Avropa İttifaqının Rusiyaya qarşı qəbul etdiyi 11-ci sanksiyalar paketinə görə qüvvəyə minib.
Poliqon.info