Şənbə, 11 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Gürcü arzusu” dağılır? – Hakim partiyadan istefaların prədəarxası

“Gürcüstanda hakim “Gürcü arzusu” partiyasını 3 deputat tərk edib. Bu partiyanın qurucusu, faktiki qanunverici və idarəetmə strukturuna kənardan nəzarət və rəhbərlik edən oliqarx Bidzina İvanişviliyə ciddi zərbədir

Çünki, “Gürcü arzusunu” tərk etmək istəyənlərin sayı arta bilər. Partiyanı tərk edənlərdən biri Eka Beseliyadır ki, o Bidzina İvanişvili ilə “Gürcü arzusunu” yaradanlardan biridir”.

Bu barədə politoloq Elxan Şahinoğlu bildirib. O “hakim partiyanı nədən deputatlar tərk etsinlər ki?” sualını belə cavablandırır:

“Partiyada Ali məhkəməyə hakimlərin təyinatı ilə bağlı fikir ixtilafı yaranıb. Ancaq bu aysberqin görünən tərəfidir. İvanişvilinin təkbaşına verdiyi qərarlar, o cümlədən Rusiya ilə yaxınlaşma çoxlarının ürəyincə deyil.

3 deputatın partiyanı tərk etməsi ilə “Gürcü arzusu” parlamentdə konstitusion çoxluqdan məhrum oldu. Konstitusiyanı dəyişmək üçün 113 deputata ehtiyac var. Son istefalardan sonra “Gürcü arzusu”nun parlamentdəki sayı 115-dən 112-ə endi. Doğrudur, Konstitusiyanı dəyişmək “Gürcü arzusu”nun planında yoxdur, çünki buna qədər dəyişiklikləri onsuz da ediblər, idarəetmə prezidentdən hökumətə keçib. Buna baxmayaraq, istefalar partiyanın başbilənlərini təcili toplanmağa vadar edib. İclasa Bidzina İvanişvili özü sədrlik edib. İvanişvili partiyasında yeni “satqınları” müəyyənləşdirməyə çalışır. Son məlumatlara görə ən azı iki deputat – Mamuka Mdinaradze və Gelavan Popxadze də partiya sıralarından istefaya hazırlaşır”.

Elxan Şahinoğlu hesab edir ki, Bidzina İvanişvili üçün ağır günlər başlayır. Çünki İvanişvili partiyası üzərindəki nəzarəti itirir:

“Gürcüstanda 2020-ci ildə parlament seçkiləri olacaq. Bu gedişlə İvanişvilini ciddi sınaq gözləyir. Ancaq İvanişvilinin ehtiyat planı da olmamış deyil. Bu mahir oliqarx prezident seçkisinin ikinci turunda qələbəni müxalifətin əlindən qoparıb Salome Zurabişvilini prezident kürsüsündə otuzdurdu. Halbuki, Salome Zubarişvili birinci turun nəticələrinə görə müxalifətin namizədi Gerorgi Vaşadzedən xeyli geri qalırdı. Ancaq ikinci tura yaxın İvanişvili Zurabişvilinin prezident seçilməsi üçün əlində gələni etdi və istədiyi nəticəyə hasil oldu”.

Politoloqun qənaətincə, buna baxmayaraq, partiyasındakı istefalar, eks-prezident Mixail Saakaşvilinin Hollandiyadan fəallığını azaltmaması və elə yerli müxalfətin gücünü artırması 2020-ci il parlament seçkilərinin İvanişvilinin istədiyi nəticənin əldə etməməsinə də səbəb ola bilər.(strateq.az)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İlham Əliyev və Mehriban Əliyeva Şuşaya köçmüş ilk sakinlərlə görüşüblər - Yenilənib, Fotolar

Film kimi yəni: Deputat Fəzail Ağamalının kabinetindəki sirli otaq...

Prezident Şuşa rayonunun Turşsu qəsəbəsinin təməlini qoyub - Yenilənib

Prezident Laçının Sus kəndinə köçmüş sakinlərlə görüşüb - Yenilənib, Fotolar

Mamayı məscidinin bərpadan sonra açılışı olub - Yenilənib

Şəkildə fil, yoxsa zürafə var? - Şəxsiyyət testi

Azərbaycanda gənc yazıçının ölüm xəbəri yayıldı - Yenilənib

Paşinyanın Moskva səfərinin nəticələri... - Putin Ermənistan liderinə “qulaqbirması” verdimi, yoxsa əksinə...

Prezident və birinci xanım Şuşada üçüncü yaşayış kompleksinin təməlqoyma mərasimində iştirak ediblər - Yenilənib

Şuşada Şirin su hamamının bərpadan sonra açılışı olub - Yenilənib

Fazil Mustafaya qarşı sui-qəsdə cəhd cinayətinə baxan hakimin halı pisləşdi

Ən çox oxunanalar