Bazar ertəsi, 15 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Güclü külək bir sıra rayon və kənd təhsil müəssisələrinə ziyan vurub

Ötən həftənin sonu ölkənin bəzi ərazilərində müşahidə olunan güclü külək bir sıra rayon və kənd təhsil müəssisələrinə ziyan vurub...

Bu barədə Elm və Təhsil Nazirliyinin Məktəbəqədər və Ümumi təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb.

Bildirilib ki, güclü külək bir sıra bağça və məktəblərin dam örtüyünün bir qismini sıradan çıxarıb, ağaclar aşıb, bəzi binalarda pəncərələrin şüşələri sınıb.

Ziyan dəymiş bağça və məktəblərə baxış keçirilib, təmir-bərpa işlərinin aparılması üçün lazımi tədbirlər görülüb.
Qeyd edilib ki, Abşeron rayonu və Bakı şəhəri üzrə fəaliyyət göstərən təhsil müəssisələrində külək nəticəsində hər hansı bir fəsad müşahidə edilməyib.

“Yaranmış vəziyyət tədris prosesinin davamlılığına təsir etməyib, hazırda təhsil müəssisələri öz fəaliyyətini davam etdirir.

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi olaraq bildirmək istərdik ki, bağça və məktəblərdəki mövcud vəziyyət diqqət mərkəzində saxlanılır”, - məlumatda bildirilib.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Prezident İlham Əliyev  Nərimanov parkının açılışında iştirak edib - Yenilənib

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin iki müavini vəzifəsindən azad edilib

Ərəstun Oruclu: Təxminən bir aydan sonra ABŞ-da siyasi gündəm tamamilə fərqli olacaq...

Politoloq: İran rejimi həmişəki kimi öz ampulasındadır...

Azərbaycanın İrandakı Səfirliyinin fəaliyyəti bərpa edilib

NYP: Polis atıcını Trampa sui-qəsddən bir neçə dəqiqə əvvəl görüb...

Yarımmilyonluq dələduzluqda ittiham olunan məmur azadlıqda: Cavanşir Əvəzovu kim qoruyur?

Politoloq: Trampa edilən sui-qəsd Kennediyə edilən sui-qəsd qədər müəmmalıdır...

Rusiya artıq sülh prosesində iştirak etməsinin imkansızlığını başa düşür?

Ən çox oxunanalar