Çərşənbə, 21 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Gold Naftalan“ vergidən yayınır? - İddia

Azərbaycanda son illər qeyri-neft sektoru üzrə xeyli sayda müəssisələr fəaliyyətə başlayıb. Lakin statistik göstəricilərə görə fəaliyyətə başlayan müəssisələrlə müqayisədə iş yerlərinin sayında elə ciddi artım yoxdur.

İqtisadçı ekspertlər hesab edir ki, bu yeni fəaliyyətə başlayan müəssisələrin işçilərinin bir qismini əmək müqaviləsi bağlamadan çalışdırması ilə əlaqədardır: “Bəzi sahibkarlar bu addımı atmaqla vergidən yayınırlar”.

AzFakt.com saytının əldə etdiyi məlumata görə əmək müqaviləsi bağlmadan işçi çalışdıran müəssisələrdən biri də “Gold Naftalan” istirahət mərkəzidir. “Gold Naftalan” istirahət mərkəzinin otelində və tibbi personalları arasında əmək müqaviləsi ilə çalışmayan şəxslərin olduğu, bəzi əmək müqavilələrində isə maaşların az göstərildiyi iddia edilir.

AzFakt.com iddialarla bağlı araşdırma aparıb. Araşdırma zamanı Dövlət Vergi Xidmətinin “Gold Naftalan” istirahət mərkəzinin rəhbəri Elbrus Nəsirovun atasının Binəqədi rayonu ərazisində fəaliyyət göstərən “Ucuzluq” mağazasında ötən il reyd keçirdiyi məlum oldu. Dövlət Xidmətinin keçirdiyi həmin reyddə Nəsirovlara aid mağazada 19 nəfər əmək müqaviləsi hüquqi qüvvəyə minmədən muzdlu işlərin yerinə yetilməsinə cəlb edildiyi müəyyən edilib.

Qeyd edək ki, “GOLD NAFTALAN” Məhdud Məsuliyyətli Cəmiyyəti 2021-ci ildə təsis edilib. Min manat nizamnamə kapitalı olan şirkətin qanuni təmsilçisi Nəsirov Elbrus İsax oğludur.

“Gold Naftalan”nın tərkibində 145 müxtəlif kateqoriyalı otel nömrələri, Poliklinika, Naftalan Terapiya Mərkəzi, Fizioterapiya və SPA bölmələri fəaliyyət göstərir.

Məsələ ilə bağlı “GOLD NAFTALAN” MMC-dən mövqe ala bilmədik.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

FHN-in güllələnən sabiq əməkdaşı ilə bağlı yeni təfərrüat 

Bədəl Bədəlov əsəbiləşdi: "Rövnəq Abdullayev mənə dəstək verib?"

Azərbaycanda polis kapitanının ölümünün təfərrüatı məlum olub - Foto

'Əkinçilik" Elmi Tədqiqat İnstitunun deputatlığa namizəd direktoru milyonluq villa tikdirir? - İddia

Yaşar Ağazadə şantaj ittihamı ilə həbs olundu

Elxan Şahinoğlu: Putin demək istədi ki, Kreml Cənubi Qafqazdakı maraqlarını arxa plana keçirməyəcək...

Sevda Sanaliyevanı təqib edən şəxs polisə çağırıldı

Ən çox oxunanalar