Şənbə, 04 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Gimnastika Federasiyasına yeni baş katib seçildi


Dekabrın 9-da Azərbaycan Gimnastika Federasiyasının (AGF) İcra Komitəsinin 30-cu iclasında federasiyanın yeni baş katibi seçilib


AGF-dən verilən məlumata görə, iclasda əvvəlcə Bakı Gimnastika Məktəbi və “Ocaq” İdman Klubunun rəhbərləri həmin qurumların fəaliyyətini əks etdirən təqdimatla çıxış ediblər. 

Təqdimat zamanı gimnastika növləri üzrə fəaliyyət göstərən bölmələr haqqında məlumat verilib. Son bir ildə gimnastikanın inkişafı istiqamətində görülmüş işlər, o cümlədən gələcək planlar müzakirə edilib.

Həmçinin iclasda gimnastların lisenziyası üzrə qaydalarına və AGF tərəfindən təltif olunan xatirə medalları haqqında əsasnaməyə təklif edilən dəyişikliklər təsdiqlənib.

İclasda federasiyanın baş katibinin, gimnastika növləri üzrə kompleksli elmi tədqiqat qrupunun rəhbərinin və gimnastika növləri üzrə yığma komandaların baş məşqçilərinin illik hesabatları da dinlənilib.

Sonra Avropa Gimnastika İttifaqına (UEG) prezident seçilmiş Fərid Qayıbovun AGF və UEG arasında maraqların mümkün toqquşmasını nəzərə alaraq federasiyada tutduğu baş katib vəzifəsindən azad olunması ilə bağlı icraiyyə komitəsinə ünvanladığı ərizəsi qəbul edilərək təsdiqlənib.

Azərbaycan Gimnastika Federasiyasının baş katibi vəzifəsinə 2007-2009-cu illərdə federasiyanın baş katibinin köməkçisi, 2009-cu ildən bu günədək müavini vəzifəsində çalışmış Nurlana Məmmədzadə seçilib.

N.Məmmədzadə 1979-cu ildə Bakıda anadan olub. 1996-2000-ci illərdə Təfəkkür Universitetinin ingilis dili ixtisası üzrə filologiya fakültəsində təhsil alıb, 2003-cü ildə isə həmin ixtisas üzrə Xəzər Universitetinin magistr dərəcəsini əldə edib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Turan İsmayılov Nyu Yorkda mənzil aldı - 735.000 dollar dəyərində... - Fotolar

Gömrük idarəsində əməliyyat: Rəis ifadə üçün Bakıya gətirildi

Azərbaycanda işçilərin maaşlarını mənimsəyən vəzifəli şəxslər cinayət məsuliyyətinə cəlb olundular

Bakıda kişi sevdiyi qıza görə küçədə özünü yandırdı - Video , Təfərrüat, Yenilənib

Rusiya ordusu ABŞ-ın Nigerdəki bazasına daxil olub...

Kəlbəcərdə yol qəzasında bir hərbçi həlak olub, bir neçəsi xəsarət alıb - Yenilənib

Sərhəd qonşumuza gözlənilmədən qış qayıtdı: İstilik verilişi bərpa edildi - Foto, Video

Ağdamda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində xüsusi sessiya keçirilib - Yenilənib

"Ruhumuzun səsi" adlı konsert proqramı təqdim olundu - Foto

Məhkəmə Yunis Səfərov və digərləri ilə bağlı qərar verib

Elmar Məmmədyarov: “Yazıq gəlinimi erməni etmişdilər” 

Zaxarova Ermənistanın KTMT-dən mümkün çıxışını şərh etdi

Ən çox oxunanalar