Bazar, 01 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Gələn il azad olunmuş ərazilərdə 65 min hektar sahə minalardan təmizlənəcək

"Gələn il azad olunmuş ərazilərdə 65 min hektar sahə minadan təmizlənəcək".

Poliqon.info xəbər verir ki, bunu Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) Maarifləndirmə, Beynəlxalq və İctimaiyyətlə Əlaqələr İdarəsinin müdir müavini Fərhad İsayev dekabrın 4-də Bakıda keçirilən “Azərbaycanda əlilliyi olan şəxslərin və mina qurbanlarının müdafiəsi" mövzusunda dəyirmi masada çıxışı zamanı deyib.

Onun sözlərinə görə, son üç ildə 113 698 ərazi minalardan təmizlənib. 30 763 piyada əleyhinə, 18 546 tank əleyhinə mina, 60 623 partlamamış hərbi sursat aşkarlanıb.

"Axtarışlara 2 075 nəfərlik əməliyyat heyəti, 63 minatəmizləyən maşın, 151 minaaxtaran it cəlb olunub. Bu il üçün təmizlənməli olan 50 min hektar ərazi müəyyən edilib. Bu, builki iş planıdır, növbəti il iş planı 60-65 min hektar ərazini əhatə edəcək", - F.İsayev qeyd edib.

O əlavə edib ki, mina təhlükəsi ilə mübarizəyə dövlət xüsusi diqqət göstərir: "İnsanlarımızın öz yurdlarına qayıtması üçün mina probleminin aradan qaldırılmasına beynəlxalq dəstəyin göstərilməsi vacibdir".

Poliqon.info 


Etiket: Mina


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qayınata toy günü bəyi bir yumruqla yerə sərdi - Video

Baku TV: Dövlətə xəyanətdə ittiham olunan Bəhruz Səmədov Ermənistana hansı məlumatları ötürüb? - Video

Məzahir Pənahov Xankəndidə yaşayan erməniəsilli vətəndaşların necə səs verəcəyinə aydınlıq gətirib

Naxçıvanda parlament seçkiləri 331 məntəqədə keçiriləcək

Ermənistanda AES enerji sisteminə qoşulub - Yenilənib

Sentyabrda şanslı olacaq bürclər: Ay tutulması və...

Rəsmi Bakı: Ermənistanın Azərbaycana qarşı gizli gündəmi mövcuddur

Paşinyan: Azərbaycan Prezidenti ilə şəxsi görüşə hazıram

Ən çox oxunanalar