Bazar, 28 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Fuad Nəcəfli: "Özüm naxçıvanlı olduğum üçün buradakı problemləri dərindən bilirəm"

"Özüm naxçıvanlı olduğum üçün buradakı problemləri dərindən bilirəm".

“Report”un xəbərinə görə, bunu Prezidentin Naxçıvan Muxtar Respublikasındakı səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli “Real TV”yə müsahibəsində deyib.

"Prezident İlham Əliyevin tövsiyə və tapşırıqlarına əsasən, xalqla yaxından işləmək, həmçinin indiyə qədər olan problemləri kökündən həll etmək əsas məqsədlərimizdəndir", - səlahiyyətli nümayəndə vurğulayıb.

O xatırladıb ki, Naxçıvanın blokadası başlayan ilk illərdə vəziyyət olduqca çətin idi:

"Lakin sonradan ölkə rəhbərliyinin - ulu öndər Heydər Əliyevin gördüyü tədbirlər nəticəsində Naxçıvan qismən də olsa, blokadanı yara bilib. Nəqliyyat məsələlərində problem yaşansa da, Naxçıvanda qazlaşdırılma aparılıb, əhali elektrik enerjisi ilə tam təmin olunub.

Prezident İlham Əliyevlə görüşdə onun Zəngəzur dəhlizinin açılması ilə bağlı qətiyyətini hiss etdim".

Zəngəzur dəhlizinin həm lokal, həm regional, həm də kontinental şəkildə xidmət göstərəcəyini deyən rəsmi bildirib ki, bu, Naxçıvanın tamamilə blokadadan çıxarılması deməkdir.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Daha bir VHP-çi namizəd kimi qeydə alındı - Fotolar

Azərbaycanda uşaqlar arasında yeni xəstəlik yayılıb - Xəbərdarlıq

Son 4 ilə ən azı 43 milyon manatlıq tender udan şirkəti hökumətlə nə bağlayır? – Araşdırma

Dövlət qulluğuna qəbul imtahanında 22 nəfər uğur qazanıb

Faiq Ağayevlə Zülfiyyə Xanbabayeva illər sonra bir arada

Xamenei Pezeşkianı İranın yeni prezidenti kimi təsdiqləyib

Abituriyentlər musiqi sənətinə aid nəzəriyyə fənləri üzrə imtahan veriblər - Yenilənib

ETSN hava məlumatları ilə bağlı əhaliyə xəbərdarlıq edib

İsrailin xarici işlər naziri Livanla müharibədən qaçmaq üçün son şansı açıqlayıb

Gənclər və İdman Nazirliyi və MOK Azərbaycana qarşı təxribatla bağlı bəyanat yayıb

Unudulmaz bəstəkar Vasif Adıgözəlovun doğum günüdür

Qərbi Azərbaycan İcması Paris olimpiadasında Azərbaycana qarşı yol verilmiş təxribatı qınayıb

Ən çox oxunanalar