Çərşənbə axşamı, 10 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Fransalı döyüşçülərin Ermənistan tərəfdən hərbi əməliyyatlarda iştirakı araşdırılır

Roza Əsgərova
Eurasia Review, ABŞ

Fransada nəşr edilən nüfuzlu “General de Europe” jurnalında “Dağlıq Qarabağ: Fransa tərəfindən aparılan ilkin istintaq” başlıqlı məqalə dərc edilib. Məqalənin müəllifi siyasi elmlər üzrə fəlsəfə doktoru Sebastyan Bussuadır. O, yazır ki, Fransada ölkə vətəndaşlarının İkinci Qarabağ müharibəsində qeyri-qanuni iştirakı ilə bağlı istintaq başladılıb.

Məqalədə xarici vətəndaşların İkinci Qarabağ müharibəsində iştirakının beynəlxalq hüquq normaları ilə qadağan olduğu xatırladılır. Müəllif bildirir ki, bu səbəbdən Yerevan əslində, belə pozuntuların qarşısını dərhal almalı idi: “Amma Ermənistan belə etməyib, əksinə prosesi fəal şəkildə stimullaşdırıb”.

Müəllif ASALA terror təşkilatının hələ XX əsrin ikinci yarısında bir sıra terror aktları törətdiyini də xatırladır.

Məlumdur ki, İkinci Qarabağ müharibəsində Ermənistanla yanaşı, xarici ölkələrdə fəaliyyət göstərən erməni lobbi təşkilatları da fəal rol oynayıb. Onlar Ermənistan silahlı qüvvələrinə maliyyə yardımı ayırıb, canlı qüvvə göndərib. Döyüşlər zamanı Ermənistan tərəfindən xarici yaraqlıların döyüşdüyü istər yerli, istərsə də xarici mediadqa geniş işıqlandırılıb. Bununla yanaşı, müxtəlif ölkələrdə fəaliyyət göstərən erməni təşkilatları xarici yaraqlıların səfərbərliyini belə, elan edib. Onlardan biri də Ermənistanda fəaliyyət göstərən “VoMA” təşkilatıdır. Təşkilat Ermənistan Müdafiə Nazirliyinin komandanlığı altında dağatıcı taborunun yaradılması məqsədilə hərbi təlimlər keçirirdi.

Bütün bunların nəticəsində Azərbaycan tərəfi müaribədən sonra xarici dövlətlərin müvafiq hüquq-mühafizə orqanlarına müraciət edib, onlardan həmin ölkələrin vətəndaşlarının Qarabağdakı döyüşlərdə qanunsuz iştirakı ilə bağlı istintaqa başlamalarını istəyib.

Məlumdur ki, bir dövlətin ərazi bütövlüyünu pozmaq məqsədilə istifadə edilən xarici döyüşçülər “muzdlu” sayılır. Ermənistan belə döyüşçülərin xidmətindən istifadə etməklə təbii ki, beynəlxalq müharibə qanunlarını pozub. Bu, 1949-cu ildə qəbul edilmiş Cenevrə konvensiyasının birinci əlavə protokolunun 47-ci maddəsinə (1977-ci ildə qəbul olunub) və muzdluların işə götürülməsinə, istifadəsinə, maliyyələşdirilməsinə və təliminə qarşı Beynəlxalq Konvensiyanın (1989-cu ildə qəbul edilib) 1-ci və 5-ci maddələrinə ziddir.

Bəzi media orqanları Azərbaycana qarşı hərbi əməliyyatlarda qeyri-müəyyən sayda Fransa vətəndaşınnı da iştirak etdiyini yazır. Belə şəxslərdən biri erməni əsilli Fransa vətəndaşı Artur Oqanisyandır. Faktı Oqanisyan özü Rusiyanın “Novaya qazeta” nəşrinə müsahibəsində etiraf edib. O, iki qardaşı ilə birlikdə Ermənistana yollandığını, heç bir sənəd göstərmədən, icazə almadan avtomatlar əldə edərək Ermənistan ordusuna qoşulduqlarını bildirib.

Belə halların olduğu “France24” tərəfindən də təsdiqlənib. Telekanalın reportajında Qarabağda hərbi əməliyyatlarda iştirak emək üçün Ermənistana yollanmış könüllərdən bəhs olunub. Onlardan biri özünü “Vardan” adlandıran 28 yaşlı Fransa vətəndaşı Sipan Muradyandır.

“The French Liberation” agentliyi isə Fransa vətəndaşı Mark de-Kakkere Valmenir Ermənistan silahlı qüvvələrində hərbi təlim keçdiyi haqda məlumat yayıb. Ultrasağçı “Zouaves Paris” (ZVP) təşkilatının lideri, neonasist Mark de-Kakkere Valmenirin sosial şəbəkələrdə yaydığı fotolar onun Azərbaycanın bir zamanlar işğal altındakı ərazilərində olduğunu təsdiqləyir.

Bütün bunları nəzərə alan Azərbaycanın Fransadakı səfirliyi bir neçə həftə əvvəl erməni əsilli Fransa vətəndaşlarının yerli və beynəlxalq hüquq normalarını pozaraq Qarabağdakı hərbi əməliyyatlarda iştirak etdiyinə dair istintaqın başladılması üçün bu ölkənin prokurorluğuna müraciət edib.

Maraqlıdır ki, döyüşlərin getdiyi vaxt erməni əsilli xarici vətəndaşların Ermənistran ordusuna cəlb edildiyi haqda məlumatlar rəsmi Yerevan tərəfindən də təsdiqlənmişdi. O zaman məlum olmuşdu ki, Ermənistan silahlı qüvvələrinin hərbi təlimlərində Avstraliya, Belarus, Belçika, Braziliya, Kanada, Kipr, Danimarka, Misir, Fransa, Yunanıstan, İordaniya, Hindistan, Livan, Meksika, Rusiya, İspaniya, İsveç, Ukrayna və ABŞ vətəndaşları da iştirak edib.

Bundan başqa, həmin günlərdə erməni diaspor təşkilatları öz üzvlərini hərbi əməliyyatlarda iştiraka çağırırdı. Halbuki, məsələn, Rusiya Federasiyası Cinayət Məcəlləsinin 208 (2) maddəsi vətəndaşların federal qanunlarla müəyyən edilməyən hərbi qruplaşmalarda iştirakını qadağan edir. Bu qadağanı pozan şəxsləri 5 ilədək həbs gözləyir. Amma Rusiya Erməniləri İttifaqının prezidenti Ara Abramyan 2020-ci il sentyabrın 28-də Rusiyada yaşayan 20 min erməninin Azərbaycanın Qarabağ regionundakı separatçı erməni rejiminin tərəfində döyüşməyə hazır olduğunu bəyan etmişdi. Artıq sentyabrın 29-da Rusiyadakı erməni diasporunun, həmçinin “Daşnaksutyun” partiyasının üzvləri hərbi əməliyyatlarda könüllü kimi iştirak etmək məqsədilə Soçidən Yerevana yollanmışdı.

Bənzər hallar bir neçə Avropa ölkəsində də müşahidə olunub. Məsələn, “Sputnik Hellas” agentliyinin məlumatına əsasən, ən azı 30-35 erməni əsilli Yunanıstan vətəndaşı, həmçinin 10-15 yunan Azərbaycan qarşı hərbi əməliyyatlarda iştirak etmək məqsədilə Ermənistan ordusuna qoşulubmuş. Belə faktların olduğunu İspaniyanın “El Confidencial” agentliyi də təsdiqləyib.

Müharibənin gedişində PKK terror təşkilatının Suriyaİraqdan olan 1500-dək kürd yaraqlısının da Ermənistan silahlı qüvvələrinə qoşulduğuna dair məlumatlar var idi.

Bütün sadalananlar Ermənistan silahlı qüvvələrinin İkinci Qarabağ müharibəsində xarici ölkələrdəki erməni diasporunun üzvlərindən istifadə etdiyini təsdiqləyir. Bu, istər beynəlxalq hüquq normalarının, istərsə də elə həmin ölkələrin Cinayət məcəlləsinin pozulmasıdır. Amma adları çəkilən ölkələrdə bununla bağlı istintaqa başlanıb-başlanmayacağı, Ermənistana və erməni diaspor təşkilatlarına sanksiyaların tətbiq olunub-olunmayacağı bəlli deyil. Əslində, belə hüquq pozuntularının araşdırılması Qarabağda sülhə aparan yolda son addım olardı. 

İngilis dilindən tərcümə - WorldMedia.Az

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

SSRİ-nin ilk qadın nazirinin oğlu anasının başına oyun açıb: "Məni aldatdı ki..."

Vilayət Eyvazov Xankəndiyə yeni rəis təyin etdi

Süni bahalaşmaya son qoyulur: Cəza tədbirləri başladı

Bakıda evə silahlı basqın etməkdə şübhəli bilinən şəxs zərərsizləşdirilib

Azərbaycanda onlayn oyunlara qurşanan tələbə yoxa çıxdı

Türkiyəni ayağa qaldıran Narinin meyitinin yerini polislərə Zirəddin Rzayev deyib? - İddia

Ərdoğan Türkiyəni sarsıdan cinayətdən danışdı

Ukrayna XİN İran səfirinə sərt xəbərdarlıq etdi

UEFA Avropa Liqası:  "Elfsborq" - "Qarabağ" oyununun biletlərinin satışa çıxacağı tarix açıqlanıb    

Paşinyan: Ermənistan Aİ ilə gündəlikdəki məsələləri genişləndirir

Ən çox oxunanalar