Cümə, 23 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Fransada tələbə yoldaşımla rastlaşdım: nələri necə qazanıb…

Tələbə yoldaşlarımdan biri məmləkətin dəniz sahili, balıqçılıqla dolanan rayonlardan birindən idi. Yaxşı oxuyurdu, çalışqan idi, universiteti bitirəndən sonra əlaqəmiz kəsildi, onun haqqında eşitmişdim ki, Peterburqda yaşayır.

2008-ci ildə Fransada səfərdə idim, küçədə uzunsaçlı, rəngli geyimdə olan bir nəfər yaxınlaşdı, azərbaycanca “salam” deyib, qucaqladı. Açığı, o anda tanımadım, amma adını-soyadını deyən kimi xatırladım, həmin qrup yoldaşım idi, kafelərin birində oturub xeyli dərdləşdik. Adam həyat hekayəsini danışdı. Dedi ki, bir neçə il Rusiyada yaşayandan sonra 1997-ci ildə Fransaya köçüb, dil öyrənib, təhsilini davam etdirib, sonra iş həyatına başlayıb, indi böyük bir şirkətdə logistika üzrə direktordur, şəxsi biznesi də var, kiçik kafe və otelin sahibidir. İllik qazancə çox yüksəkdir, ailə qurub, iki övladı var, dünyanı gəzib, xeyriyyəçiliklə də məşğuldur, sahibsiz heyvanlara kömək edən dərnək qurub. Avropanın bir neçə şəhərində daşınmaz əmlakı var, o zaman deyirdi ki, ABŞ-da da biznes qurmağa çalışır.

Mən sual verdim ki, ölkəyə qayıtmaq haqqında heç düşünübmü?!

Maraqlı cavab verdi, dedi, ailədə 3 qardaşıq, Azərbaycanda yaşayan digər iki qardaşımdan böyüyü balıq tutur, kiçiyi isə Bakı şosesində vanna qoyub həmin balıqları satır. Dedi ki, Azərbaycanda qalsaydı, yəqin ki, o da yol qırağında balıq satacaqdı.

Yəni adam ən çox ondan şikayət edirdi ki, biliklə, bacarıqla məmləkətdə uğur qazanmaq mümkün deyil, amma azərbaycanlılar çox baracıqlı və çalışqandılar.

Bu gün ABŞ-ın Mars Proqramı çərçivəsində, NASA-da 6 astronavt seçilib, onlardan biri də azərbaycanlı astronavt Allen Mirqədirovdur. Mirqədirov ailəsi 1991-ci ildə, Allenin 10 yaşı olanda Amerikaya köçüblər. Allen Koloradoda Amerika Hərbi Hava Akademiyasında kosmik texnika üzrə bakalavr dərəcəsi, San Dieqo Dövlət Universitetində isə aerokosmik texnika üzrə magistr dərəcəsi alıb.

Görəsən, Mirqədirovlar ailəsi ABŞ-a köçməsəydi, Allenin (çox güman, adını ora köçəndən sonra “amerikansayağı” dəyişiblər, bəlkə də adı Əli olub) taleyi necə olacaqdı?! Bəlkə də Əli indi hardasa gömrük məmuru, vergi müfəttişi, ASAN Xidmət işçisi idi (ən yaxşı halda), ya da Sədərəkdə yer götürüb, həyata gileylənərək yaşayırdı…

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

UEFA Konfrans Liqası: "Zirə" "Omoniya" səfərində böyük hesabla məğlub olub - Yenilənib

Türkiyə “Zəngəzur dəhlizi”nə görə Azərbaycandan inciyib?

KİV: İrəvandan Bakının COP29 dəvətinə cavab...

Ukraynanın Krasnodarda limanı vurması nəticəsində itkin düşən 17 tapılıb - Video, Yenilənib

Kirayə evlərin qiyməti ilə bağlı şok proqnoz 

Prezident və birinci xanım Dəşkənddə Heydər Əliyevin barelyefi önünə gül dəstləri qoyublar - Yenilənib

Nigar özündən gözəl qızlarının fotosunu paylaşdı

Sahil Babayev nazir olandan sonra pensiya alan əlillərin sayı sürətlə azalmağa başlayıb – Statistika

Ali təhsil müəssisələrinə yerləşdirmənin nəticələri açıqlanıb

Azərbaycan Mərkəzi Bankının Baş direktoru işdən çıxıb

Ən çox oxunanalar