Bazar, 12 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Fransa və Almaniya Donbasla bağlı Ukraynanı dəstəklədi

Fransa və Almaniya Donbas bölgəsində vəziyyətin gərginləşməsindən narahat olduqlarını və Ukraynanın suverenliyini, ərazi bütövlüyünü dəstəklədiklərini ifadə ediblər.

“Report”un məlumatına görə, bu barədə Almaniyanın xarici işlər naziri Heyko Maas və Fransa Respublikasının xarici işlər naziri Jan İv Lö Drianın yaydığı birgə bəyanatda qeyd olunub.

“Vəziyyəti, xüsusən də Rusiya qoşunlarının hərəkətlərini çox yaxından izləyirik və tərəfləri təmkinli olmağa və gərginliyi dərhal azaltmağa çağırırıq. Ukraynanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində suverenliyini və ərazi bütövlüyünü dəstəklədiyimizi təsdiqləyirik”-bəyanatda deyilir.

Diplomatlar Minsk razılaşmalarının şərtlərinin tam yerinə yetirilməsi üçün səy göstərməyə davam etdiklərini və bununla bağlı aparılan danışıqları dəstəklədiklərini vurğulayıblar.

Xatırladaq ki, 2014-cü ildə Rusiyanın Krımı ilhaq etməsindən sonra Ukraynanın Donbas bölgəsində hərbi əməliyyatlar başlayıb. Nəticədə Donetsk və Luqansk vilayətləri separatçıların nəzarətinə keçib.

Döyüşlər Ukraynanın Silahlı Qüvvələri və Rusiyanın dəstəklədiyi qondarma Donetsk və Luqansk respublikalarının silahlıları arasında gedir. Rəsmi Moskva döyüşlərdə iştirakının olması ittihamını rədd edir.

pia.az 


Etiket: Donbas


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Film kimi yəni: Deputat Fəzail Ağamalının kabinetindəki sirli otaq...

Güllələnən icra başçısının qızına da Şuşada ev verildi - Foto

Müdafiə naziri toplantı keçirdi: General-leytenant ehtiyata buraxıldı - Foto

Naxçıvanda faciəli şəkildə ölən tələbələr dəfn olundular - Foto

Bakının üç küçəsinin əhatəsində yeni park salınacaq

Azərbaycanda köhnə nəqliyyat vasitələrinin dövriyyəsi məhdudlaşdırıla bilər

Şuşada “Xarıbülbül” festivalı başlayıb, Prezident və birinci xanım açılışda iştirak ediblər - Yenilənib

"Bunlar bronxitə səbəb оla bilər” – Həkim rəyi

Şuşa şəhərinə və Sus kəndinə ilk köç karvanı yola salınıb - Foto

Ən çox oxunanalar