Şənbə, 04 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Fransa bizim düşmənimizdir” - Qabil Hüseynli

Dünən Fransa Senatı Azərbaycana qarşı tövsiyyə xarakterli ermənipərəst qətnamə qəbul etdi...

“Ümumiyyətlə, Fransada milli düşüncəyə söykənən türkəfobiya var. Bu türkəfobiyanın nəticəsidir ki, onlar həmişə anti-türk mövqelərini sərgiləyirlər”.

Bu sözləri politoloq Qabil Hüseynli Fransa Senatının dünən qəbul etdiyi qətnaməni PİA.az-a şərh edərkən qeyd edib.

Dünən Fransa Senatı Azərbaycana qarşı tövsiyyə xarakterli ermənipərəst qətnamə qəbul etdi. Azərbaycan XİN Fransa Senatının qəbul etdiyi bu qətnaməni iftira dolu bir qətnamə adlandırıb. Bu qətnaməyə görə Azərbaycan Fransanın hər hansı bir vasitəçilik missiyasından tamamilə imtina etməlidirmi?

Fransa-Azərbaycan münasibətlərini PİA.az-ın əməkdaşı politoloq Qabil Hüseynli ilə müzakirə edib.

Qabil Hüseynli: “Azərbaycan Fransanın vasitəçilik missiyasından çoxdan imtina etməli idi”.

Azərbaycan xarici siyasətdə Fransa ilə bağlı məsələlərdə yeni konseptual baxışların formalaşdırılmalı olduğunu düşünən politoloq PİA.az-a bildirib ki, Bakı bu konseptual baxışlara uyğun olaraq da siyasət yürüdülməlidir:

Azərbaycan Fransanın vasitəçilik missiyasından çoxdan imtina etməli idi. Fransa həmişə, tarixin müxtəlif mərhələlərində ermənipərəst mövqe tutub. Azərbaycan Demokratik Cümhuriyyəti dönəmində də Fransa ermənipərəst mövqe tutub.

Ümumiyyətlə, Fransada milli düşüncəyə söykənən türkəfobiya var. Bu türkəfobiyanın nəticəsidir ki, onlar həmişə anti-türk mövqelərini sərgiləyirlər. Fransasızlar özlərini mədəni xalq adlandırsalar da, əslində onların keçmişinə diqqət yetirəndə, törətdikləri soyqırıma diqqət yetirəndə bu xalqın nə qədər radikal millətçi olduğu görünür. Eyni zamanda fransızlar müsəlmanfobiya, türkəfobiya ilə beyinləri zəhərlənən xalqdır.

Düşünürəm ki, Fransa ilə hər hansı bir əlaqədən imtina edilməlidir. Həmçinin də xarici siyasətdə Fransa ilə bağlı məsələlərdə yeni konseptual baxışlar formalaşdırılmalıdır. Bu konseptual baxışlara uyğun olaraq da siyasət yürüdülməlidir. Fransa bizim düşmənimizdir”.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda kişi sevdiyi qıza görə küçədə özünü yandırdı - Video , Təfərrüat, Yenilənib

Azərbaycanda işçilərin maaşlarını mənimsəyən vəzifəli şəxslər cinayət məsuliyyətinə cəlb olundular

Gömrük idarəsində əməliyyat: Rəis ifadə üçün Bakıya gətirildi

Turan İsmayılov Nyu Yorkda mənzil aldı - 735.000 dollar dəyərində... - Fotolar

Kəlbəcərdə yol qəzasında bir hərbçi həlak olub, bir neçəsi xəsarət alıb - Yenilənib

Erməni baş prokurordan Kamil Zeynallı açıqlaması

Ərdoğan: “Türkiyə siyasətində yumşalma prosesinə başlamaq istəyirəm”

Afaq Bəşirqızının məsləhəti qalmaqal yaratdı: Sevgi, yoxsa pul? - Video

Keçmiş məcburi köçkünlər üçün inşa edilmiş mənzillər zəif satılır - Video

Zaxarova Ermənistanın KTMT-dən mümkün çıxışını şərh etdi

Gədəbəydə məmurla kənd sakini arasında insident: Həbs olunan var

İlon Maskdan ABŞ dolları ilə bağlı xəbərdarlıq - Foto

Ən çox oxunanalar