“Formula 1” Azərbaycan Qran-prisinin promouteri Arif Rəhimov bildirib ki, dünən yarışlar keçirildiyi vaxt İçərişəhərdə hamilə qadını doğuş sancısı tutub
Virtualaz.org xəbər verir ki, “Formula 1”in Bakı trası İçərişəhəri hər tərəfdən əhatə etdiyi üçün şəhərin qədim hissəsinə giriş-çıxış qapalıdır. Lakin A.Rəhimovun sözlərinə görə, təcili yardım maşını gələrək qadını götürə bilib.
“Hər şey yaxşı qurtardı. Təcili yardım rahat gəldi. Qadın xəstəxanaya çatdırılıb və əkiz övladları dünyaya gəlib”, - promouter deyib.
pia.az