Şənbə, 18 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Formula 1”: Azərbaycan Qran-prisindən öncə lider dəyişdi

Monte-Karlodakı şəhər trasında "Formula 1" üzrə Monako Qran-prisi keçirilib.

"Report"un məlumatına görə, yarışın qalibi "Red Bull" pilotu Maks Ferstappen olub. "Ferrari"dən Karlos Sayns ikinci, "Maklaren"dən Lando Norris üçüncü yeri tutub. Sayns "Skuderiya"ya mövsümdə ilk podiumu bəxş edib.

"Mercedes" pilotlarına gəldikdə, 7 qat dünya çempionu Lüis Hemilton 7-ci yeri tutaraq, ümumi hesabda liderliyi Ferstappenə verib. Beləliklə, niderlandlı sürücü karyerasında ilk dəfə sıralamada birinci yerə yüksəlib. Hemiltonun komanda yoldaşı Valtteri Bottas isə bolidinin təkərindəki problem üzündən yarışı başa çatdıra bilməyib.

"Ferrari" pilotu Şarl Lekler maşınının ötürücülər qutusunun işləməməsi üzündən ümumiyyətlə, yarışa çıxmayıb. Komandanın sabiq üzvü, hazırda "Aston Martin"də çıxış edən Sebastyan Fettel 5-ci yeri tutsa da, səsvermə ilə bu mərhələnin ən yaxşı pilotu seçilib.

Monako Qran-prisindən sonra xalını 105-ə çatdıran Ferstappeni ondan 4 xal geri qalan Hemilton izləyir. Üçüncü yerdə 56 xalla Norris qərarlaşıb. Konstruktorlar Kubokunda da lider dəyişikliyi baş verib. "Red Bull" 149 xalla 1-ci pilləyə yüksəlib. "Mercedes" 148 xalla ikinci, "Maklaren" 80 xalla üçüncüdür.

Qeyd edək ki, mövsümün növbəti - sayca 6-cı Qran-prisi 4 - 6 iyunda Bakıda keçiriləcək. Azərbaycan Qran-prisi də şəhər trasında təşkil olunacaq.

pia.az


Etiket: Formula 1

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Sosial şəbəkələrdə çılpaq videosunu yayan müəssisə direktoru saxrlanıldı

Fantastik qiymətə avtomobil nömrələri satılır - Video

Ana oğlunun şəhid olduğu yeri ilk dəfə gördü - Video

Bakıda iki qadınla yaşayan taksi sürücüsü qatilə çevrildi - Video

Vətən Müharibəsi Qəhrəmanına yüksək vəzifə verildi

Mətanət Əsgərqızı DİN yanında İctimai Şuradan qovuldu

Mustafa Ceceli Azərbaycanlı jurnalistdən üzr istədi

Azərbaycan Premyer Liqası: "Qarabağ" "Turan Tovuz"a qalib gəlib

14 yaşlı argentinalı fubolçu Maradonanın rekordunu qırıb

Belarus Prezidenti Füzuli rayonuna səfər edib - Yenilənib

Ən çox oxunanalar