Şənbə, 11 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Formula 1”: “Alfa Tauri” komandası sprint yarışına görə 5 000 avro cərimələnib

“Formula 1” üzrə dünya çempionatında çıxış edən “Alfa Tauri” komandası Azərbaycan Qran-prisinin sprint yarışı zamanı pilotun bolidi trekdə təhlükəli vəziyyətdə tərk etməsi səbəbindən 5 000 avro məbləğində cərimələnib.

“Report” xəbər verir ki, stüardlar “Alfa Tauri” mexaniklərinin işindən narazı qalıblar.

Yarış zamanı Yuki Tsunodanın idarə etdiyi bolidin təkəri çıxıb və ön qanadı qırılıb. Pit-stopa gedən yolda pilot çıxışı davam etdirməyi mənasız sayıb. Ancaq mexaniklər yeni təkər və qanad taxaraq, maşının vəziyyətini qənaətbəxş sayıblar.

Buna baxmayaraq, trasa qayıtdıqdan dərhal sonra boliddə yenidən problem yaranıb və Tsunoda onu trekin yan tərəfində saxlamalı olub. Artıq bundan sonra mübarizəni davam etdirmək mümkün olmayıb.

Hakimlərin fikrincə, komanda bolidi trasa yollamazdan əvvəl onun vəziyyətini daha diqqətlə öyrənə bilərdi. Bunu “Alfa Tauri” təmsilçisi də etiraf edib.

Qeyd edək ki, Yuki Tsunoda aprelin 28-də keçirilən sıralama turunda ən yaxşı 8-ci nəticəni göstərib.

Poliqon.info 


Etiket: Formula 1


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Film kimi yəni: Deputat Fəzail Ağamalının kabinetindəki sirli otaq...

İlham Əliyev və Mehriban Əliyeva Şuşaya köçmüş ilk sakinlərlə görüşüblər - Yenilənib, Fotolar

Şəkildə fil, yoxsa zürafə var? - Şəxsiyyət testi

Prezident Laçının Sus kəndinə köçmüş sakinlərlə görüşüb - Yenilənib, Fotolar

Azərbaycanda gənc yazıçının ölüm xəbəri yayıldı - Yenilənib

Güllələnən icra başçısının qızına da Şuşada ev verildi - Foto

Arktikada strateji ərazi 323 milyon dollara satışa çıxarılıb

Türkiyə BMT Baş Assambleyasının Fələstinlə bağlı qərarını alqışlayıb

Naxçıvanda faciəli şəkildə ölən tələbələr dəfn olundular - Foto

Ən çox oxunanalar