Cümə axşamı, 13 İyun 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

FHN taxıl biçini mövsümü ilə əlaqədar əhaliyə müraciət edib

Fövqəladə Hallar Nazirliyi (FHN) taxıl biçini mövsümü ilə əlaqədar əhaliyə müraciət edib.

PİA.az xəbər verir ki, müraciətdə deyilir:

"Taxıl tədarükü əhalinin ərzaqla təminatında mühüm əhəmiyyət kəsb edir. Bu baxımdan, tez alışma xassəsinə malik olan taxıl sahələrinin yanğın təhlükəsindən qorunması ölkəmizdə ərzaq təhlükəsizliyinin təmin olunmasının vacib şərtlərindəndir.

Yuxarıda qeyd olunanları və biçin mövsümünün ilin isti və quraq dövrünə təsadüf etdiyini nəzərə alaraq, Fövqəladə Hallar Nazirliyi əhaliyə, o cümlədən təsərrüfat sahibləri və taxıl yığımında iştirak edən şəxslərə müraciət edərək, yanğın təhlükəsizliyi qaydalarına ciddi əməl olunmasının vacibliyini bildirir, bununla bağlı sadə və zəruri qaydaları bir daha xatırladır:

- taxıl zəmilərində kibrit yandırmaq, açıq oddan istifadə etmək, o cümlədən siqaret çəkmək, zəmilərin yaxınlığında tonqal qalamaq qəti qadağandır! Bu məkanlarda siqaret çəkmək üçün xüsusi yer ayrılmalıdır!

- yolla hərəkət edərkən tam söndürülməmiş siqaret kötüyü və ya kibriti, yanar mayelərlə islanmış materialları, eləcə də şüşə qab və şüşə qırıntılarını ətrafa atmaq yolverilməzdir;

- taxıl zəmilərinin ətrafı quru ot və tullantılardan vaxtaşırı təmizlənməlidir;

- biçində iştirak edən texnikalar ilkin yanğınsöndürmə vasitələri ilə təmin olunmalı, biçinə başlamazdan əvvəl yanğın-texniki müayinədən keçirilməlidir;

- işdən sonra texnikanın sahələrdə saxlanılması, gecə vaxtı yanacaqla doldurulması, yanacaq və yağların ətrafa tökülməsinə yol verilməsi, texnikalarda əlavə yanacaq və yağlama materiallarının saxlanılması qəti qadağandır!

- tarla düşərgələri, taxıltəmizləmə xırmanları, ot və küləş tayaları yığılan sahələr ilkin yanğınsöndürmə vasitələri ilə təmin edilməlidir;

- yanğın baş verərsə, iş dərhal dayandırılaraq ətrafdakılar məlumatlandırılmalı, əlaltında olan ilkin yanğınsöndürmə vasitələri ilə (odsöndürən, motopompa, su, torpaq, qalın parça materialı və s.) yanğını söndürməyə çalışılmalı və “112” qaynar xəttinə məlumat verilməlidir".

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Paşinyan Qarabağ ermənilərinin idarə olunmasında problemlərlə üzləşib?

Ər müəllimə işləyən həyat yoldaşını döyüb xəstəxanalıq etdi

Xalq artisti efirdə aparıcını pərt etdi - Video

Lənkəran Dövlət Dram Teatrının aktyoru Əlibala Əsgərov vəfat edib

Paşinyan rəsmən açıqladı: "Ermənistan KTMT-dən çıxacaq"

İsrail ordusu "Hizbullah" liderinin məhv edildiyini elan edib

ADY: Binə qəsəbəsinə və Hava Limanına dəmir yolu çəkiləcək

Laçında sel yaşayış sahələrinə ziyan vurub, bəzi evlərin zirzəmisinə su dolub, rəsmilər ərazidədir

17 yaşlı fiziki məhdudiyyətli qızın məcbur ərə verilməsi ilə bağlı rəsmi açıqlama

Ukrayna ildə 40 milyard dollarlıq silahla təmin ediləcək

Ən çox oxunanalar