Bazar, 25 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

FHN bayramla əlaqədar ictimai obyektlərdə yoxlama keçirib

Fövqəladə Hallar Nazirliyi (FHN) bayramla əlaqədar insanların kütləvi şəkildə üz tutacaqları ictimai obyektlərdə yoxlama keçirib...

Poliqon xəbər verir ki, nəzarət-yoxlama tədbirlərini FHN-in Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi həyata keçirib.

Təhlükəsizlik tələblərinin yoxlanılması məqsədilə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramları ilə əlaqədar qarşıdan gələn istirahət günlərində insanların kütləvi şəkildə üz tutacaqları istirahət və əyləncə mərkəzlərinə baxış keçirilib.

Həmçinin parklarda attraksionların təhlükəsiz istismarının təmin olunması məqsədilə həmin qurğuların texniki təhlükəsizlik tələblərinə uyğunluğu yoxlanılıb.

Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinin şöbə rəisi Sahil Mənsimov jurnalistlərə açıqlamasında deyib ki, Agentlik təhlükə potensiallı obyektlərdə dövlət nəzarətini həyata keçirir: "Bu gün təhlükə potensiallı obyektlərə baxış keçirildi. Parklardakı attraksionlarda mütəmadi olaraq texniki müayinə həyata keçirilir, nasaz vasitələr nəzarətə götürülür. Mexanikləşdirilmiş attraksionlar təhlükə mənbəyi olduğu üçün ekspertizadan keçirilərək təhlükəsizlik sertifikatı ilə təmin olunmalıdır. Bu obyektləri ildə bir dəfə sahibkar ekspertizadan keçirməlidir. Attraksionların istismarı müddətində işçilərin bilik səviyyəsi ildə bir dəfə yoxlanılmalıdr. Mühəndis texniklərin bilikləri üç ildən bir yoxlanılmalıdır. Bu gün apardığımız müayinələr zamanı qüsurlar aşkar olunmadı. Bu attraksionlardan istifadə edən şəxslər həmin obyektin sahibindən müvafiq sənədlər tələb etməlidir".

Poliqon.info


Etiket: FHN bayram


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İsrailə 320-dən çox raket atılıb, ölkədəki 11 hərbi baza atəşə tutulub

Nazir: Bakıda ilk velosiped kirayəsi xidməti işə başlayıb - Foto

Qərb "Telegram"la bağlı Moskvadan nə istəyib? - Zaxarova faktları açıqladı

Avqustun sonunda 4 bürcü inanılmaz sürpriz gözləyir

Paşinyanın Zəngəzur dəhlizinə qarşı “layihəsi” - Areşev

Rafael Hüseynov Hacıqabul və Kürdəmir rayonunlarında şəhid ailələrinə ziyarətlərini davam etdirir - Fotolar 

Toyuna hazırlaşırdı, faciəli şəkildə öldü: 29 yaşlı oğlanın meyiti tapıldı

Tənzilə Rüstəmxanlının seçicilərlə görüşü: Neftçala üçün birlikdə... – Foto

Göygöldə yol qəzasında ölənlərin kimliyi məlum olub - Yenilənib

Ən çox oxunanalar