Çərşənbə axşamı, 16 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Fərhad Məmmədov: “Əgər Paşinyanı devirsələr, Ermənistan ciddi problemlərlə üzləşəcək” - Müsahibə

Ermənistan revanşistləri hakimiyyətə can ataraq nəyə ümid bəsləyirlər?..

Siyasi-şərhçi: “Hazırda Rusiya Türkiyə və Azərbaycanla üz-üzə gəlib bölgədə özü üçün ikinci cəbhə açmaq istəməz. Ona görə də revanşistlərin bütün xəyalları suya düşəcək”.

Rusiyapərəst keçmiş prezidentlər Yeravanda hakimiyyəti ələ keçirə bilsələr, Ermənistanın güclənməsi o qədər də inandırıcı görünmür. Çünki Ermənistan iqtisadiyyatı üçün sərmayələr çox vacibdir. Bu sərmayələr qismən Rusiyadan, çox hissəsi isə Qərb istiqamətindən gözlənilir”.

Xəbər verdiyimiz kimi Yerevanın mərkəzində müxalifət mitinqlər keçirir. Aksiya iştirakçıları Baş nazir Nikol Paşinyanın və onun hökumətinin istefasını tələb edirlər. Mitinqdə o cümlədən müxalifət deputatları, Ermənistanın ikinci prezidenti Robert Köçəryan, keçmiş prezident Serj Sarkisyanın başçılıq etdiyi Respublika Partiyası iştirak edir.

Müxalifət hesab edir ki, Baş nazir Nikol Paşinyanın Qarabağa dair siyasəti “Ermənistan və Qarabağa” təhlükə yaradır.

Qeyd edək ki, 44 günlük müharibədən sonra Ermənistanda ikinci dəfə Paşinyanı devirməyə can atırlar və hiss olunur ki, bu dəfə Rusiya revanşist erməni müxalifətini dəstəkləyir.

Ermənistanda baş verən son hadisələri PİA.az-ın əməkdaşı siyasi-şərhçi Fərhad Məmmədov ilə müzakirə edib.

Fərhad Məmmədov: “İndi Rusiya və şirkətləri o vəziyyətdə deyil ki, onlar qısa, hətta orta vədəli müddətdə Ermənistana lazımi sərmayələri yerləşdirə bilsin”.

PİA.az siyasi-şərhçi Fərhad Məmmədov ilə olan müsahibəni oxucularımızın diqqətinə çatdırır:

- Fərhad bəy, Ermənistanda ikinci dəfə Paşinyanı devirməyə can atırlar və hiss olunur ki, bu dəfə Rusiya revanşist erməni müxalifətini dəstəkləyir. Paşinyanı növbəti dəfə devirməyə can atanlar stretjik olaraq nəyə can atırlar və bu iğtişaşlar Azərbaycan-Ermənistan sülhünü nə qədər əngəlləyə, ya da geri ata bilər?

- Ermənistan parlament müxalifətinin, əsasən də keçmiş prezidentlərin təşkil etdikləri bu etirazlar bir neçə məqsəd güdür. Birincisi Azərbaycanla sülh müqaviləsinin imzalanması bu etirazlara təkan verdi və təbii ki, aksiyaların məqsədi sülh sazişinin imzalanmasını imkan daxilində geriyə atmağa hesablanıb. Çünki Qarabağ mövzusu Ermənistan gündəliyindən çıxmasa da, onun hüquq əsası ortadan qalxandan sonra, bu siyasi qüvvələrin mövcudiyyəti və gələcək fəaliyyəti sual altında qalır.

Onların siyasətə gəlməsi, hakimiyyətdə qalması da məhz Qarabağla bağlı idi. Bu məsələnin ortadan qalxması bu siyasi qüvvələrin aktuallığını Ermənistan cəmiyyəti üçün aşağı salır. Onsuz da biz görürük ki, həm keçən il, həm bu il etirazlar kritik saya çatmır ki, o kütlə hakimiyyəti dəyişməyə imkan versin.

Fərhad Məmmədov: “Məhz Paşinyanın Rusiyaya səfərindən sonra Ermənistanın ritorikası dəyişib. Avropada əldə olunan razılıqlar həyata keçirilmir”.

İkinci məqam ondan ibarətdir ki, Paşinyan pis-yaxşı Rusiyanın bu bölgədə Ermənistandan istəklərini müəyyən hissəsini həyata keçirirdi. Məhz Paşinyanın Rusiyaya səfərindən sonra Ermənistanın ritorikası dəyişib. Avropada əldə olunan razılıqlar həyata keçirilmir. Bununla da PaşinyanMoskvaya və Ermənistandakı ruspərəst qüvvələrə nümayiş etdirir ki, o, Rusiyanın Ermənistan üçün hazırladığı gündəlikdən qırağa çıxmır. Belə olan halda Ermənistan müxalifəti də fəallaşıb və çalışırlar ki, Rusiya üçün öz gərəkli olduqlarını nümayiş etdirsinlər.

Təbii ki, Rusiyada istəmir ki, Brüsseldə Azərbaycan və Ermənnistan liderlərinin əldə etikləri razılaşmalar reallaşmasın. Bu fonda da Ermənistan müxalifəti özünü Kremlin gözünə daha çox soxmağa cəhd edir və küçələrə çıxaraq Azərbaycanla sülh sazişini sabotaj edirlər. Eyni zamanda Ermənistan müxalifəti Ukrayna müharibəsində birmənalı olaraq Rusiyanı dəstıkləyərək Kremldən daha çox dəstək alamağa cəhd edir. Lakin o da fakdır ki, Paşinyan Rusiyanın maraqlarına cavab verə bilmək üçün çalışır və o da öz növbəsində ən azı müxalifət qədər Rusiyaya yarınmağa çalışır. Yəni faktiki olaraq Ermənistan müxalifəti ilə hakimiyyəti arasında Rusiyanın daha çox etimadını qazanmaq uğrunda mübarizə gedir.

Hal-hazırda may ayının gəlməsinə baxmayarq, Brüsseldə əldə olunan qərarlar, xüsusən aprel ayının sonuna qədər formalaşması gözlənilən komissiya rəsmi olaraq formalaşmayıb. Bu narahatverici məqamdır və hesab edirəm ki, Paşinyan müxalifətin küçə aksiyalarından yararlanaraq bu prosesi yenə də yubadır. Belə görüntü yaranır ki, Paşinyan Rusiyanın maraqlarına cavab verən addımlar atır. Yəni Avropada qəbul olunan sənədləri həyata keçirmir. Bu da Ermənistanın etibarlı tərəfdaş olmadığını və razılaşmalara əməl etmədiyini ortaya qoyur.

Ermənistan müxalifətinin keçirdiyi aksiyalara gəlincə, bu aksiyaların Ermənistan müxalifəti üçün uğurlu nəticəyə aparıb çıxaracağına ümid çox azdır. Çünki ötən ilki aksiyalar indiki aksiyalardan daha kütləvi idi və müxalifət erməni cəmiyyətinin daha çox dəstəyinə sahib idi. Buna görə də mən düşünmürəm ki, Rusiyada Ermənistanın sabiqlərdən ibarət müxalifətinə maraq artsın. Bu o zaman ola bilər ki, Ermənistanda doğrudan Qərbə meyl artsın və təbii olaraq Rusiya üçün o zaman “sabiqlər” vaz keçilməz ola bilər. Hesab edirəm ki, Rusiya indiki məqamda Ermənistan müxalifətinə tam dəstək verməyə lüzum görmür, lakin onların tam sıradan çıxmasını da təbii olaraq istəmir. Paşinyan da bunun fərqindədir və ona görə elə siyasət formalaşdırmağa çalışır ki, Rusiya yaxın zamanda müxalifətin “xidmətinə” ehtiyac duymasın.

- Paşinyanın devrilməsi ümumilikdə Cənubi Qafqazdakı siyasi və geosiyasi proseslərə, o cümlədən Rusiyanın və Qərbin regional maraqlarına necə təsir edə bilər? Burda təbii ki, İran və Türkiyənin də öz maraqları var…

- Əlbəttə, Paşinyanın devrilməsinin bölgə üçün ciddi geosiyasi nəticələri olacaq. Çünki onun yerinə gələn adamlar potensial olaraq Rusiyapərəst və revanşist qüvvələr olacaq. Bu isə bütün region üçün təhlükə mənbəyinə çevriləcək. Amma mən hesab eləmirəm ki, Paşinyanın devrilməsi hazırda Ermənistan müxalifətindən başqa kiminsə marağında olsun. Ancaq o regional güc Paşinyanın devrilməsində maraqlı ola bilər ki, Cənubi Qafqazda sabitliyin pozulması, yeni müharibə ocağının yaranması həmin gücün maraq dairəsində olsun. Belə bir güc isə hazırda görünmür.

Düşünürəm ki, Rusiya heç bir halda bunu istəməz, çünki revanşistlərə hakimiyyət yolu açmaqla, ancaq Azərbaycan və Türkiyə ilə münasibətlərin korlanmasına yol aça bilər. Rusiya ilə bağlı enerji təminatı böhranı yaşayan Qərbin də hazırda bölgədə sabitliyin pozulmasına maraqlı olmasını düşünmürəm. İranın da bu Cənubi Qafqazda sabitliyin pozulmasına maraqlı görünməsi üçün ortada heç bir səbəb görünmür. Digər tərəfdən isə Ermənistan revanşistləri birbaşa Rusiyaya bağlı olduqlarına görə, inanmıram ki, digər güclər istəsələr belə, nəyəsə nail ola bilsinlər. Ona görə də düşünmürəm ki, Erməni müxalifəti özünün revanşist planları ilə Cənubi Qafqazda sakitliyi poza bilsin.

Onu da qeyd edim ki, Ermənistanda çevriliş eləmək konstitutsion baxımdan heç də asan məsələ deyil və bu işi bir neçə günə yekunlaşdırmaq da mümkün deyil. Bildiyimiz kimi Ermənistanda parlament idarəçilik sistemi mövcuddur. Parlament idarəçilik sisteminin də öz özəllikləri var. Bu da ondan ibarətdir ki, Paşinyanı devirməklə iş bitmir, çünki Paşinyanla bərabər onun partiyasının çoxluq təşkil etdiyi parlament də buraxılmalıdır.

Əlbəttə ki, Ermənistanda 2018-ci il nümunəsi var. Amma o zaman Ermənistanda saxtalaşdırılmış seçkilərlə seçilən parlament vardı və Paşinyan may ayında xalqın tələbi ilə parlamenti vadar etmişdi ki, onu baş nazir etsinlər. Paşinyan 6 ay Respublikaçıların, Serj Sərkisyanın çoxluq təşkil etdiyi parlamentdə işləməyə məcbur oldu. Ancaq dekabr ayında seçkilər keçirildi və Paşinyan parlamentdə öz partiyasının çoxluğunu təmin etdi. Buna görə də bu proses bir günlük, yaxud da bir addımlıq proses deyil. Ümumiyyətlə isə indi 2018-ci il nümunəsinin işləməsinə də mən inanmıram. Çünki Paşinyanın tərəfdarları müxalifətin tərəfdarlarından çoxdur və hər hansı bir səbəbdən Paşinyan istefa versə beləı, hakim partiya yeni baş naziri öz içindən seçəcək.

Fərhad Məmmədov: “Azərbaycan ya Ermənistanla normallaşma prosesinə gedəcək, ya da konfrantasiya yolunu seçib, güc tərbiq edərək öz gündəliyini birtərəfli addımlarla həyata keçirərərək məqsədinə çatacaq”.

Azərbaycan üçün də Ermənistanın yeni hakimiyyəti və onun baxışları ilə tanış olmağa zamanı olacaq. Bundan sonra da Azərbaycan lazımi addımlar atacaq. Azərbaycan ya Ermənistanla normallaşma prosesinə gedəcək, ya da konfrantasiya yolunu seçib, güc tərbiq edərək öz gündəliyini birtərəfli addımlarla həyata keçirərərək məqsədinə çatacaq.

- Fərhad bəy, revanşistlərin Paşinyandan sonra Ermənistanın hərbi və iqtisadi resurslarını bərpa edə bilməsi mümkün görünürmü? Ümumiyuətlə Köçəryanın liderliyi ilə Rusiyapərəst nüxalifətin hakimiyyətə gəlməsi Ermənistanln güclənməsinə xidmət edə bilərmi?

- Əgər Rusiyapərəst keçmiş prezidentlərdən biri Yeravanda hakimiyyəti ələ keçirsə, Ermənistanın güclənməsi o qədər də inandırıcı görünmür. Çünki Ermənistan iqtisadiyyatı üçün sərmayələr çox vacibdir. Bu sərmayələr qismən Rusiyadan, çox hissəsi isə Qərb istiqamətindən gözlənilir. Bu Avropa İttifaqının 2,2 milyard avroluq maliyyə paketidir, eyni zamanda ABŞ-ın maliyyə yardımları və ABŞ-ın özəl şirkətlərinin sərmayələrdir.

Əgər Ermənistanda müxalifət Paşinyanı devirsə və qeyri-qanuni yolla hakimiyyətə gəlsə, Qərbdən milyardlarla gələn sərmayələrin qarşısı birmənalı şəkildə alınacaq. İndi Rusiya və şirkətləri o vəziyyətdə deyil ki, onlar qısa, hətta orta vadalı müddətdə Ermənistana lazımi sərmayələri yerləşdirə bilsin. Belə olan halda Ermənistan iqtisadiyyatının inkişaf templəri çox zəif olacaq.

Fərhad Məmmədov: “Görünən odur ki, Köçəryan və Sarkisyanın revanş əldə etmək üçün tək ümid yeri KTMT-dir. Yəni hakimiyyətə gəldikdən sonra Azərbaycanı Ermənistanla sərhəddə təxribata çəkmək və bu yolla münaqişəyə Rusiyanı və KTMT-ni cəlb etməkdir”.

44 günlük müharibə dövründə Köçəryanın və Sərkisyanın qurduğu ordu döyüşürdü. Döyüşən ordunun acı nəticələrini də Ermənistan gördü. Silahlanma üçün də Rusiyanın müxtəlif xüsusi dəstəyi və silahların verilməsi lazımdır. Bu silahlar da indi Rusiyanın özünə lazımdır. Eyni zamanda Rusiyanın hal-hazırda olan silahları və yüksək dəqiqliyə malik olan silahların istehsalında problemlər yaranacaq. Buna görə Rusiya bu silahları əvvəl özü üçün sonra müttəfiqləri üçün nəzərdə tutacaq.

Belə olan halda əgər Paşinyanı devirsələr Ermənistan ciddi problemlərlə üzləşəcək. Açığı görünən odur ki, Köçəryan və Sarkisyanın revanş əldə etmək üçün tək ümid yeri KTMT-dir. Yəni hakimiyyətə gəldikdən sonra Azərbaycanı Ermənistanla sərhəddə təxribata çəkmək və bu yolla münaqişəyə Rusiyanı və KTMT-ni cəlb etməkdir. Bu variantın uğurlu olacağını isə zənn etmirəm. Çünki yuxarıda da qeyd elədiyim kimi, hazırda Rusiya Türkiyə və Azərbaycanla üz-üzə gəlib bölgədə özü üçün ikinci cəbhə açmaq istəməz. Ona görə də revanşistlərin bütün xəyalları suya düşəcək.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin iki müavini vəzifəsindən azad edilib

Prezident İlham Əliyev  Nərimanov parkının açılışında iştirak edib - Yenilənib

Politoloq: İran rejimi həmişəki kimi öz ampulasındadır...

Ərəstun Oruclu: Təxminən bir aydan sonra ABŞ-da siyasi gündəm tamamilə fərqli olacaq...

Azərbaycan Ordusunun hərbi qulluqçusu bədbəxt hadisə nəticəsində həlak olub

Ağdamda Birinci Qarabağ müharibəsinin şəhidi Məmməd Mirzəyev dəfn edilib - Yenilənib

Bakıda avtobusda qadınlar əlbəyaxa davaya çıxdı - Video

Yarımmilyonluq dələduzluqda ittiham olunan məmur azadlıqda: Cavanşir Əvəzovu kim qoruyur?

Ən çox oxunanalar