Çərşənbə axşamı, 30 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Fərhad Əliyevin yaxın adamını öldürən MTN-çilərin adı bilindi

Eldar Mahmudovun 11 illik nazirliyi 2 səs-küylü olayla yadda qalıb. 2005-ci il martın 10-da MTN “Qara kəmər” əməliyyatını həyata keçirdi. 7 ay sonra, 2005-ci il oktyabrın 17-də MTN iki naziri - səhiyyə naziri Əli İnsanovu və iqtisadi inkişaf naziri Fərhad Əliyev, həbs etdi


Sonradan “Qara kəmər” əməliyyatında yol verilən qanunsuzluqlar, saxtakarlıqlar üzə çıxdıqca, bu uğurlu əməliyyatın özünü bütövlükdə şübhə altına aldı. Nazirlərin işində də eyni dəst-xətt təkrar olundu. Eldar Mahmudov nazirləri dövlət çevrilişinə cəhd ittihamı ilə həbs etsə də, sonradan bu ittihamın saxtalığı da ortaya çıxdı. Məcbur olub iqtisadi sahədə cinayətkarlıqla ittiham verməklə nazirləri həbsdə saxladılar. 

Nazirlərin ətrafındakı günahsız şəxslər Mahmudovun komandasının caynaqlarında əzildi, hətta öldürülənlər oldu. Gununsesi.info MTN-dəki cinayətkar qruplaşmanın əməlləri ilə maraqlı xəbər yayıb. Həmin dövrdə Fərhad Əliyevlə birgə həbs edilənlərdən biri də İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığın İnkişafı Departamentinin  rəhbəri Əlihüseyn Şalıyev idi. Əlihüseyn Şalıyevə işgəncə verməklə sabiq nazirin üzünə saxlamağa çalışıblar. Həmin vaxt ona verilən işgəncələrə dözməyən Ə.Şalıyev ayaq damarlarını doğrayaraq intihar etmişdi. Həmin vaxt MTN rəhbərliyinin müdaxiləsi nəticəsində bu olayın üstü ört-basdır edildi və Əlihüseyn Şalıyevin qanı batırıldı.

Sayt Əlihüseyn Şalıyevi intihara vadar edən MTN-in o zamanki zabirlərinin kimliyini yazıb.

Sitat: “Belə ki, bu şəxslər nazirliyin Anti-Terror Mərkəzinin sabiq rəisi Elçin Quliyev (o zaman polkovnik idi) və onun müavini İlqar Əliyev olub. Saytımızı bilgiləndirən mənbənin sözlərinə görə, Fərhad Əliyev həbs olunan gün onun evində axtarışda şəxsən iştirak edən hər iki şəxs MTN-ə gələrək, Əlihüseyn Şalıyevi sabiq nazirin əleyhinə ifadə verməyə vadar edib. İntihar etdiyi günə qədər davamlı təzyiqlər altında saxlanılan Əlihüseyn Şalıyev Elçin Quliyevlə İlqar Əliyevin təzyiqlərinə baxmayaraq, Fərhad Əliyevə böhtan atmaqdan imtina edib. Sonda isə çıxış yolunu özünü öldürməkdə görüb. Ölümündən bir neçə il keçməsinə baxmayaraq, Əlihüseyn Şalıyevin yaxınları onu intihara sürükləyən Elçin Quliyevdən  hüquq-mühafizə orqanlarına şikayət verə bilər. Bu şikayətin obyektiv araşdırılması isə başqa söhbətin mövzusudur”.(aztoday.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Əri tərəfindən başı kəsilən Sevincin üç yaşında qızı olub - Təfərrüat, Yenilənib, Foto

TƏBİB: Qazaxda minaya düşən DSX hərbçisinin vəziyyəti ağırdır - Yenilənib

Göyçayda oğul atasını döyərək öldürüb, cinayət işi açılıb - Yenilənib

Odessanın atəşə tutulması nəticəsində dörd nəfər ölüb, 28 yaralı var - Yenilənib

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, açarlar təqdim olunub - Yenilənib    

Türkiyə XİN Fransa Milli Assambleyasının qərarını pisləyib

4 bürcdən “Necəsiniz?” soruşmayın: - Saatlarla sızıltılarına qulaq asmalı olacaqsınız

Avtomobil bazarında durğunluğun səbəbi nədir? - Video

Ən çox oxunanalar