Çərşənbə axşamı, 30 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Fərari erməninin atası və hərbçi qardaşı Qarabağa gəlib – Anası xəstəxanaya düşüb

Ermənistan mətbuatı işğaı altındakı ərazilərimizdəki dözülməz vəziyyətdən yaxa qurtarmaq üçün döyüş postunu tərk edərək Azərbaycan hərbçilərinə təslim olan erməni əsgəri barədə həqiqətləri gizlətmək üçün dəridən-qabıqdan çıxır.

İşğalçı ölkənin təmsilçiləri hətta əsgərin işgəncələrə məruz qaldığını təsdiq edən görüntüləri, siqaret söndürülmüş yerləri belə təkzib etməyə çalışırlar. Əvvəlcə ermənilər işgəncənin Azərbaycan tərəfdə “verildiyi” barədə sərsəm fikirlər irəli sürsə də, bunun işə yaramadığını anlayanda başqa xəyallar qurmağa başladı. İndi də iddia olunur ki, əsgər iyul ayında cərrahiyyə əməliyyatına məruz qalıbmış və xəsarət yerləri də guya əməliyyat izləridir.

Musavat.com erməni mətbuatına istinadla xəbər verir ki, oğlunun fərarilik etdiyini eşidən əsgər anası ürəktutmasından xəstəkanaya düşüb. Kazaryanın atası və müqavilə ilə orduda xidmət edən qardaşı isə Qarabağa gəlib. İddia olunur ki, onlar araşdırmalarla əlaqədar dindirilmək üçün çağırılıb. Ermənistanın istintaq komitəsinin mətbuat katibi Naira Arutyundan deyib ki, faktla bağlı fərarilik və tabeliyindəki hərbi xidmətçi ilə münasibətləri özündə ehtiva edən maddə əsasında cinayət işi qaldırılıb.

Qeyd edək ki, 12 avqustda Azərbaycan ordusuna təslim olan erməni əsgər 2000-ci ildə Ermənistanda anadan olub və bu ilin yanvarında hərbi xidmətə çağırılaraq, Qarabağa göndərilib.

Məlumata görə, ötən gün Ermənistan ordusuna əsgərlərə qarşı törədilən özbaşınalıqlara etiraz əlaməti olaraq İrəvanda aksiya keçirilib.

Pia.az


Etiket:

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Əri tərəfindən başı kəsilən Sevincin üç yaşında qızı olub - Təfərrüat, Yenilənib, Foto

TƏBİB: Qazaxda minaya düşən DSX hərbçisinin vəziyyəti ağırdır - Yenilənib

Göyçayda oğul atasını döyərək öldürüb, cinayət işi açılıb - Yenilənib

Odessanın atəşə tutulması nəticəsində dörd nəfər ölüb, 28 yaralı var - Yenilənib

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, açarlar təqdim olunub - Yenilənib    

4 bürcdən “Necəsiniz?” soruşmayın: - Saatlarla sızıltılarına qulaq asmalı olacaqsınız

Türkiyə XİN Fransa Milli Assambleyasının qərarını pisləyib

Avtomobil bazarında durğunluğun səbəbi nədir? - Video

Ən çox oxunanalar