Bazar, 01 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Fələstin böhranı NATO-nun birliyinə hansı təsirlər göstərə bilər? - Şərh

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın “HƏMAS terror qruplaşması deyil” açıqlamasına ABŞ-dan gələn reaksiyalar reaksiyalar sərt olub...

Politoloq: “Son illərin ən böyük qırğını Fələstində baş verir. Bir çox müsəlman ölkələrində İsrailə etiraz nümayişləri keçirildiyi halda, Qərb rəsmiləri İsraili dəstəkləyir və qırğına məhəl qoymurlar”.

ABŞ Rəcəb Tayyib Ərdoğanın HƏMAS-la bağlı açıqlamasını bəhanə edərək Türkiyəyə qarşı təzyiqləri artıracaq. Amma düşünürəm ki, Türkiyə bütün bunlara hazırdır”.

Bu sözləri politoloq Züriyə Qarayeva Türkiyə prezidentinin HƏMAS-la bağlı açıqlamasını Poliqon-a şərh edərkən qeyd edib.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın “HƏMAS terror qruplaşması deyil” açıqlaması ABŞ siyasi dairələrində rezonans doğurub. Bununla əlaqədar bir qrup konqresmen Dövlət Katibi Entoni Blinkenə məktub ünvanlayıb. Məktubda Vaşinqtonun Ankaranın qarşısında 6 tələb qoyması təklif olunur. Eyni zamanda CNN və “Hürriyyət” qəzetinin Vaşintqon müxbiri Yunus Paksoy deyib ki, hazırda yunan lobbisi İsrailə hücum məsələsini Türkiyənin üzərinə yıxmağa çalışır.

Fələstində baş verənlər ABŞ-Türkiyə münasibətlərində ciddi böhrana səbəb ola bilərmi, ümumiyyətlə, Fələstin böhranı NATO-nun birliyinə hansı təsirlər göstərə bilər?

İsrail-Fələstin müharibəsində baş verənləri Poliqon-un əməkdaşı politoloq Züriyə Qarayeva ilə müzakirə edib.

Züriyə Qarayeva: “Yaxın Şərqdə mövcud olan Rusiya-Qərb mübarizəsi daha da dərinləşəcək. Bu baxımdan müharibənin lokal zəmindən çıxma ehtimalı daha böyük görünür”.

ABŞ-ın Rəcab Tayyib Ərdoğanın HƏMAS-la bağlı açıqlamasını bəhanə edərək Türkiyəyə qarşı təzyiqləri artıracağını vurğulayan politoloq Türkiyənin bütün bunlara hazır olduğunu düşünür:

“İsrail-Fələstin münaqişəsi artmaqda davam edərkən, aylardır dünya gündəmini zəbt edən Ukrayna məsələsi arxa plana keçib. Avropanın hər yerindən asılan Ukrayna bayraqları İsrail bayraqları ilə əvəzlənib. Baxmayaraq ki, Rusiya-Ukrayna cəbhəsində qaynar münaqişələr davam edir, Qərbdən gələn yardımlar davam edir və bunun davamı məsələsi gündəmdədir. Üstəlik, Avropa ölkələri iqtisadi cəhətdən ən yaxşı illərini keçirməsələr də, qarşıdan gələn qış aylarında əvvəlkindən daha bahalı qazdan istifadə edəcəklər. Gələn il ABŞ-da prezident seçkilərinin keçirilməsi və Ukraynaya yardım məsələsinin namizədlər arasında mümkün müzakirə mövzularından biri olması “Ukraynanın gələcəyini” qeyri-müəyyən edir.

Oktyabrın 7-də HƏMAS-ın hücumu ilə yenidən alovlanan Fələstin-İsrail qarşıdurması öz şiddətini günü-gündən artırır. İsrail Fələstin torpaqlarını işğal etməyə davam edərkən, aralarında uşaq və qadınların da olduğu yüzlərlə Fələstin vətəndaşı hər gün həyatını itirir. Son illərin ən böyük qırğını Fələstində baş verir. Bir çox müsəlman ölkələrində İsrailə etiraz nümayişləri keçirildiyi halda, Qərb rəsmiləri İsraili dəstəkləyir və qırğına məhəl qoymurlar.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın “HƏMAS terror qruplaşması deyil” açıqlaması isə ABŞ siyasi dairələrini demək olar ki, ayağa qaldırıb. ABŞ Rəcəb Tayyib Ərdoğanın HƏMAS-la bağlı açıqlamasını bəhanə edərək Türkiyəyə qarşı təzyiqləri artıracaq. Amma düşünürəm ki, Türkiyə bütün bunlara hazırdır. ABŞ tərəfindən Türkiyəyə ediləcək təzyiqlər də bir daha onların ikiüzlüyünün göstəricisidir.

Züriyə Qarayeva: “Rusiya ilə İsrail arasında yaxınlaşma sona çatacaq və əksinə, Moskvanın ərəb ölkələri ilə əməkdaşlığı güclənəcək”.

Qeyd edim ki, Sovet İttifaqı dövründən bəri Fələstin rəhbərliyi ilə sıx təmasda olan Moskvanın münasibəti fərqlidir. Moskva atəşkəsin tezliklə əldə olunmasını istəyir. Bölgədə sülhün yalnız Fələstin Dövlətinin qurulması ilə mümkün olduğunu müdafiə edir.Başqa sözlə, Kreml Fələstin ərazisinin İsrail tərəfindən tam işğalına və regionda Qərbin dəstəklədiyi vahid dövlətin mövcudluğuna qarşıdır.

Ukrayna-Rusiya müharibəsinin arxa planda qalması da buna təsir edir. Digər tərəfdən, Rusiyanın Yaxın Şərqdəki yeni hadisələrə yanaşması və Fələstin Dövlətinin qurulmasını dəstəkləməsi, şübhəsiz ki, Rusiya-İsrail münasibətlərinə, eləcə də Moskvanın region ölkələri ilə münasibətlərinə təsir göstərəcək. İsrail Ukraynaya birbaşa yardım göndərməyərək Rusiya-Ukrayna məsələsində bitərəf qalmağa çalışıb. Əslində bu münasibətə görə həm Ukrayna, həm də Qərb İsraili ittiham edirdi. Ancaq son hadisələrlə bağlı Moskvanın açıqlamaları göstərir ki, bundan sonrakı mərhələdə Rusiya ilə İsrail arasında yaxınlaşma sona çatacaq və əksinə, Moskvanın ərəb ölkələri ilə əməkdaşlığı güclənəcək. Ona görə də artıq Yaxın Şərqdə mövcud olan Rusiya-Qərb mübarizəsi daha da dərinləşəcək. Bu baxımdan müharibənin lokal zəmindən çıxma ehtimalı daha böyük görünür”.

Nərminə UMUDLU
Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qayınata toy günü bəyi bir yumruqla yerə sərdi - Video

Naxçıvanda parlament seçkiləri 331 məntəqədə keçiriləcək

Baku TV: Dövlətə xəyanətdə ittiham olunan Bəhruz Səmədov Ermənistana hansı məlumatları ötürüb? - Video

Məzahir Pənahov Xankəndidə yaşayan erməniəsilli vətəndaşların necə səs verəcəyinə aydınlıq gətirib

Sentyabrda şanslı olacaq bürclər: Ay tutulması və...

Rəsmi Bakı: Ermənistanın Azərbaycana qarşı gizli gündəmi mövcuddur

DGK və Aydın Talıbovun rəhbərlik etdiyi holdinqə daxil olan şirkət arasında çəkişmə

Ermənistanda AES enerji sisteminə qoşulub - Yenilənib

Ən çox oxunanalar