Bazar ertəsi, 22 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Fazil Mustafaya sui-qəsdlə bağlı tutulanların istintaqı başa çatıb, məhkəmə başlayır

Millət vəkili Fazil Mustafaya qarşı sui-qəsd cəhdi ilə bağlı saxlanılan Emin Əliyarov, Rəşad Əhmədov, Azər Səricanov, Elşad Əsgərov, Səbuhi Şirinovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb...

APA xəbər verir ki, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş araşdırılması üçün hakim Elnur Nuriyevin icraatına verilib.

Məhkəmənin hazırlıq iclası gələn il yanvarın 12-nə təyin edilib.

Cinayət işi üzrə Fazil Mustafa zərərçəkmiş qismində tanınıb.

Qeyd edək ki, 28 mart 2023-cü il tarixdə saat 21:51-də Azərbaycan Respublikası Milli Məclisinin deputatı Mustafa Fazil Qəzənfər oğluna yaşadığı evin qarşısında “Kalaşnikov” konstruksiyalı avtomat silahından atəş açılaraq terror aktı törədilib.

Faktla bağlı Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq baş idarəsində Cinayət Məcəlləsinin 277 (dövlət xadiminin və ya ictimai xadimin xidməti və ya siyasi fəaliyyətinə son qoymaq və ya bu fəaliyyətə görə qisas almaq məqsədilə onun həyatına sui-qəsd etmə) və 228.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı əldə etmə, saxlama, daşıma və gəzdirmə) maddələri ilə cinayət işi başlanılıb.

Poliqon info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Minimum əmək haqqı bu tarixdən artacaq - Açıqlama

Bakıda güclü yağışdan sonra gölməçə yarandı

Əməkdar artistin toy paltarı gündəm oldu - Foto

Hakimliyə namizədlərə yazılı imtahan keçirilib - Yenilənib

“Bakıda hər kəs hər şeyi bilir” - Prezident

ABŞ öz nüvə başlıqlarının sayını açıqlayıb

"Xatırlayarsan məni" - Mərhum Xalq artisti Məmmədbağır Bağırzadənin doğum günüdür

Bilgəhdə dənizdə batan iki qardaşı ataları xilas edib, vəziyyətləri ağırdır

Tramp sui-qəsd cəhdindən sonra ilk mitinqini keçirdi

Ən çox oxunanalar